Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dubay “şahzadəsi”ni donuz əti ələ verdi: Brend saatlar, bahalı geyimlər boşa çıxdı... 



30  il özünü Səudiyyə şahzadəsi kimi qələmə verən şəxs özünü ələ verib.

Cebhe.info xəbər verir ki, hadisə Amerikada baş verib. Bütün bu illər ərzində özünü şahzadə kimi qələmə verən Antoni Gignacı donuz ətinə olan düşkünlüyü ələ verib. Kolumbiyada dünyaya gələn və amerikalı ailə tərəfindən bu ölkədə böyüdülən Antoni fırıldaqçılıqla məşğul olub. O, dəfələrlə mühakimə edilib və həbs həyatı yaşayıb.

Ancaq maraqlıdır ki, özünü şahzadə kimi qələmə verən bu şəxs hər zaman bahalı geyinib, brend saatlar taxıb, həddən artıq çox pul xərcləyib. Buna görə də heç kəs şübhələnməyib. 

Ancaq onun son əməli baha başa gəlib. Belə ki, Antoni amerikalı investor Cefri Safferlə əlaqə yaradaraq onun sahibi olduğu turizm bölgəsinə 400 milyon dollar sərmayə qoymaq istədiyini deyib. İnvestor onu görüşə dəvət edib, saxta şahzadə isə ona hətta Dubay bankından 600 milyon dollarlıq təminat məktubu da göstərib. Ancaq yemək ərəfəsində "şahzadə"nin donuz əti yeməsi investorun diqqətindən yayınmayıb. O, təhlükəsizlik xidmətinin "şahzadəni" araşırmasını istəyib və onun saxta şahzadə olduğu üzə çıxıb. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений