Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünən suyu belə alıblar - 45 dərəcə istidə susuz qalanlar...



“Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarının birində baş vermiş qəza ilə bağlı bir neçə gündür ki, Bakıda suyu verilməsində fasilələr yaranıb. Bəzi rayonlarda isə 4 gündür su tamamilə kəsilib.

Dünən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mediaya açıqlamasında sabahdan (bu gündən) əhalinin fasiləsiz su ilə təmin olunacağını bildirmişdi.

Ötən axşam prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə  “Azərsu” sədri Qorxmaz Hüseynov qeyd edib ki, suyun mənbələrdən verilişi tam bərpa edilib:

"Şəhərin 92-93 faizinə su veririk. Anbarlarda ehtiyatımız 45-50 faizdir. Sabah səhər saatlarında tam rejimə çıxacağıq".

"Qafqazinfo"ya müraciət edən sakinlər hələ də Bakının bir sıra rayonlarında problemin həll edilmədiyini vurğulayıblar. 

Sosial şəbəkələrdə isə Günəşli qəsəbəsində sakinlərin maşınlardan su aldığını əks etdirən şəkil paylaşılıb. Foto geniş müzakirələrə səbəb olub.








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений