Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünya çempionatında iştirak edəcək güləşçilərimizin siyahısı açıqlandı



21-26 noyabr 2017-ci il tarixdə Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 Dünya çempionatı keçiriləcək. 

Rekord.az xəbər verir ki, ilk dəfə baş tutacaq çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparacaq. 

Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Sakit Quliyev (59 kq), Elman Muxtarov (66 kq), Nəsir Həsənov (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) artıq Polşaya yola düşüb.

Böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb.

Son yarış günlərində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında güləşçilərimizdən Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Pənah İlyaslı (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) da mübarizəyə qoşulacaqlar.  

Çempionatda hakim qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений