Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünya qlobal təhlükə altındadır - EKSPERT



“Qərb dövlətləri hər gün bir provokasiya edib, dərhal qərar qəbul edirlər. Araşdırma aparmadan, provokasiyanın kimin tərəfindən baş verməsinin fərqinə varmadan... Nəticə budur ki, dünya qlobal təhlükə altındadır”. 

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. 

Onun sözlərinə görə Vyetnam müharibəsinin veteranı Makkeyn ABŞ Prezidentindən Suriyanı raket atəşinə tutmağı tələb edir. Onu anlamaq olar: 

“Bu adamın gözlərinin qabağında Vyetnamda yüzlərlə yaşayış məntəqələri yer üzündən silinib. Kimyəvi və bakterioloji silahlarla on minlərlə insan məhv edilib. Bilirsiniz hansı yalanın nəticəsində? Diplomatiya tarixinə "Tonkin insidenti" kimi daxil olan yalan əsasında. Guya Vyetman tərəfinin gəmisi ABŞ minadaşıyan gəmisinə tərəf torpeda buraxıb. Vyetnam müharibəsindən sonra etiraf edildi ki, belə şey olmayıb. Bu planı CİA (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) hazırlayıb. Bax belə... Qərb və Rusiya dünyanı yenidən xaosa sürkləyir. Sadəcə kimlərsə pul qazanacaq, kimlərsə yenidən seçiləcək, kimlərsə mövqe əldə edəcək. Milyonlarla günahsiz insan isə məhv edilir. Budur bəşəri ədalət. İnsan hüquqları adı altında gizlənib iyrən siyasətlərini həyata keçirən bu dövlətlərin nüfuz agentləri və agent şəbəkələri, terrror qrupları hər cür təxribat qrupları meydan sulayır. Din prədəsi altında,hüquqmüdafiəçisi, araşdırmaçı juranalist, vəkil filan yetişdirib ölkələrin daxilində cəbhə açırlar”. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений