Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünyada beləsi də var: Hər nəfəsində 70 dollar qazanır



Elə insanlar var ki, onların nəinki ili və ya günü, hətta aldıqları nəfəs də puldur. Facebook-un yaradıcısı Mark Zuckerbergin  dünyaya gəlməsindən bu yana günlük qazancı 6 milyon dollara yaxın olub. Bu isə saniyədə 70 dollar deməkdir.

Cebhe.info xəbər verir ki, Facebook rəhbərinin qazancı məhz onun ad gününü qeyd etdiyi 15 mayda yenidən hesablanıb. 

“Forbes” yazıb ki, Mark Zuckerberg indi 74 milyard dollar sərvətə malikdir. Bu isə ona dünyanın ən varlıları siyahısında özünə yer etməyə imkan verir. Dünyaya gəldiyi zamandan etibarən gündə  5,97 milyon qazanan Markın hər nəfəsi 70 dollardır.

Ən varlılar siyahısında yer alan "Amazonun"un qurucusu Jeff Bezos isə dünyaya gəldiyindən bəri günlük qazancı 6,8 milyon dollar olub.

Bill Qeyts də bu sırada yer alır. Onun günlük qazancı 4 milyon dollara bərabərdir.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений