Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Dünyada ölüm oyunu: “WhatsApp”da sürətlə yayılır, intihara sürükləyir  



Dünyada intihar oyunu olaraq tanınan “Mavi Balina”nın son qurbanı məlum olub.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügüdən oyunun budəfəki qurbanı 17 yaşlı lisey tələbəsi İbrahim Can Duman olub. O, internetdən "Mavi Whale" oyununu oynamağa başlayıb. Oyunun sonuna gələndə Dumana son təlimat gəlib.

Təlimatında dirçəliş olduğu deyilən Dumandan ölmək istənilib. Duman oyunun son təlimatına uyğun olaraq təbii qaz borusundan özünü asaraq intihar edib. Ordu Dövlət Xəstəxanasında çalışan anası işdən evə dönüb və qorxunc səhnə ilə qarşılaşıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri və təcili tibbi yardım çağırılsa da, İbrahim Can Dumanın öldüyü məlum olub. Dumanın cəsədi tibbi ekspertiza üçün xəstəxanaya göndərilib. İnternet oyununun qurbanına çevrilmiş İbrahim Can Duman dəfn edilib. 

“Mavi balina” bu günə qədər Türkiyədə 142 gəncin intiharı ilə əlaqələndirilir. “Mavi balina” tələsinə düşüb son anda qurtulanlar da var. "Virtual ölüm tələsi çox ağrılı bir təcrübədir",- deyən, Hindistanda yaşayan 22 yaşlı Aleksandr intihar oyunundan qardaşının polisə xəbər verməsi ilə xilas olub. Polis gəldiyi zamanı balinanın təlimatı ilə qolunu bıçaqla kəsməyi planlaşdırırdı.

Oyunla WhatsApp-dan gələn bir link vasitəsilə tanış olan gənc belə deyib: “İdarəçi tərəfindən verilən tapşırıqların, gecə yarısından sonra saat 02.00-da reallaşdırılması istənilib. İlk bir neçə gün fərdi məlumatlar və fotoşəkillər paylaşılır. Bunlar idarəçi tərəfindən toplanır. Akkaraivattam qəbiristanlığına da gecə yarısı getdim və burada bir selfie çəkərək sosial şəbəkədə bu fotoşəkili paylaşdıq. Hər gün tək başıma qorxu filmləri izləmək məcburiyyətindəydim ki, bunun da məqsədi qurbanların qorxu içində yaşamasını təmin etmək idi. Bu, tam mənasıyla bir virtual ölüm tələsidir. Çox acı bir təcrübədir. Oyundan çıxmaq istəsəm də, bacara bilmədim ".

Yenə Hindistanda 17 yaşında bir qız intihar etmək üçün hovuza atlayaraq xilas olub. Onu polislər xilas edib. Qızın sözlərinə görə, oyundan təlimat gəlib ki, son mərhələsini başa çatdırmasa və missiyanı tamamlamasa, öləcək. Manpreet Singh adlı 14 yaşlı digər oğlan da dostlarının məsləhəti ilə oynadığı “Blue Whale” adlı oyundan bir neçə gün sonra intihar edib. Bir müddət əvvəl Argentinada özünü hündürlükdən atan 22 yaşlı ana xilas olub. Gənc qadına intihar cəhdindən əvvəl onu xilas edən polisin "Oyunun sonu, vaxt bitdi" mesajını aldıqları bildirilib. 2015-ci ildə Rusiyada Filipp Budekin tərəfindən qurulan “Blue Whale” adlı oyunun rəsmi bir internet ünvanı və hüquqi satışı yoxdur. Rus saytlarında oyuna girmək istəyənlərə administrator tərəfindən link göndərilir.

Bağlantını tıklayarak, sayta daxil olanların kompüterlərinə virus daxil olur və bütün şəxsi məlumatlara girilir. Bu məlumat şantaj kimi istifadə olunur. Oyunun qurbanları əsasən 18 yaşdan kiçik gənclərdir. 50 vəzifə və 50 günlük oyunda hər gün daha çox qorxulu əmrlər verilir. Oyunçudan dəhşətli videoları seyr etmək, bədənini iti bıçaqlarla kəsdirmək və özünü şikəst etmək kimi qeyri-adi vəzifələr istənilir. 50-ci missiyada "Öl, onsuz yenidən doğulacaqsan", "Yüksək bina üstündən özünü at", "Özün ol" əmrləri verilir. Oyunun yaradıcısı Budekin 2016-cı ilin noyabr ayında Rusiyada 3 il həbs cəzasına məhkum edilib. Amma oyunla əlaqədar ölümlər bitmir. Budekinin bu cəzası Rusiya ictimaiyyətində mübahisələr yaradıb. Budekin isə qurbanlarını "bioloji tullantılar" kimi təsvir edərək cəmiyyəti təmizləyir. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений