Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünyadakı 68,5 milyondan 1,2 milyonu azərbaycanlıdır: Bu göstərici ilə dünyada ilk yerlərdəyik



Dünyada 68.5 milyon nəfər qaçqın var. 

Cebhe.info-nun xəbərinə görə, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının (BMMYK) "2017 Qlobal Tendensiyalar" hesabatında yer alıb. 

Hesabata görə, bu rəqəm 2016-ci ildə 65,6 milyon nəfər səviyyəsində olub. İki il ərzində qaçqınların sayının artmasının səbəbi müharibə, şiddət və zülümdür. 
Bu artıma, Suriyadakı müharibə ilə yanaşı, Demokratik Konqo Respublikası, Cənubi Sudan və Myanma kimi digər inkişaf edən ölkələrdəki münaqişlərin də səbəb olduğu qeyd olunub.

Təssüf ki, 68.5 milyon qaçqın və məcburi köçkünün arasında azərbaycanlılar da var.

Azərbaycanda qaçqınların sayı 1 milyon 200 mindən çoxdur. Ölkə əhalisinin sayı nəzəzrə alındıqda bu çox böyük rəqəmdir. 

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevin Cebhe.info-ya açıqlamasına görə, hazırda ölkədə 1 milyon 200 min 500 nəfər qaçqın, məcburi köçkün və “qaçqın” satusu almaq niyyətində olan sığınacaq axtaran şəxs vardır. 

Ermənistandan olan qaçqınların sayı 350 min nəfər, Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağdan, eləcə də ona bitişik olan 7 rayondan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 789 000 nəfər 1990-cı ildə Orta Asiyadan didərgin salınmış Axısxa türk qaçqınları 60 min nəfər, “qaçqın” statusu almaq niyyətində olan sığınacaq axtaran şəxslərin sayı 1500 nəfərdir.

İbrahim Mirzəyevin bildirdiyinə görə, ölkə əhalisinin hər 10 nəfərindən biri öz döğma yurdundan məhrum olmuş şəxsdir. Bu da Azərbaycanın adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ilk yerlərdən birini tutmasına səbəb olur.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений