Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünyadan gizlədilən GİZLİ SİLAHLAR: Gecə aparılan iş, təsadüfi şəkillər və rəsmi etiraf 



Uzun zaman gizli saxlanılan və sırf təsadüf nəticəsində ictimaiyyətə bəlli olanlar silahların siyahısı məlum olub.

Cebhe.info xəbər veir ki, bu silah növləri barədə informasiyalar kifayət qədər məxfi saxlandıldığından dünya onlardan uzun müddət xəbər tutmayıb.

Siyahıya Çin qiricisi, beçinci nəsil  Chengdu J-20 rəhbərlik edir. Onun istehsalı 1990-cı illərdə olub, ancaq xəbərin rəsmi təsdiqi ancaq 2009-cu ilə təsadüf edib. İlk dəfə qırıcı 2010-cu ildə görüntülənib. Rəsmi çəkilişlər isə bundan bir sonraya-2011-ci ilə təsadüf edib. 2016-cı ildə isə qırıcı geniş ictimaiyyətə təqdim edilib. Orduya 2017-ci ildə qəbul olunub.

İkinci yerdə Rusiyaya məxsus "Status-6" qayıqlaır tutur. O, ilk dəfə 2015-ci il 10 noyabrında görüntülənib. Prezident Vladimir Putinin rəhbərliyilə keçirilən iclasda qayıqlar barərə ilk mesaj verilib. 2018-ci ildə isə pilotusuz qayıqlar barədə xəbər rəsmən yayılıb. 

Üçüncü yerdə ABŞ ordusundakı ikikorpuslu Sea Shadow (IX-529) gəmisi dayanır. O, 1985-ci ildə Hərdi Dəniz Qüvvələri üçün tikilib. Gəminin tikintisi gecələr aparılsa da, jurnalistlər onun fotosunu çəkə biliblər. Geniş ictimaiyyətə isə ancaq 1993-cü ildə təqdim edilib. 

Siyahıda son yeri Cənubi Koreya ordusundakı K2  Black Panther tankı tutur. 2000-ci illərin sonunda onun bir neçə fotosu mətbuatın əlinə düşüb. Ancaq barəsində ilk rəsmi məlumat düz 7 il sonra yayılıb. 2007-ci ildə ordu rəhbərliyi tankın Silahlı Qüvvələrə qəbulu xəbərini təsdiqləyib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений