Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünyanı bürüyən sosial bəla: Oğlan sevgisi



Selektiv abortların qarşısını almaq mümkün olacaqmı?

Hər gün dünyada 200 mindən artıq abort reallaşdırılır. Hətta abortun qanunla qadağan olunduğu ölkələrdə belə qeyri-təbii yollarla, qeyri-peşəkar şəxslər tərəfindən abortlar reallaşdırılmaqdadır. 73 ölkədə qanuni, 68 ölkədə isə qeyri-qanuni hesab edilən abortun da bəlli bir tarixi var. Zamanla dölün neçə həftədə abort edilə bilməsi məsələsi geniş müzakirələrə səbəb olub. Bu gün abort etmək qadınların haqqıdırmı? Bəli, bəzi ölkələrdə qadınlar səsləndirdikləri şüarlarla abortların qadağan olunmasını haqlarının tapdalanması kimi qəbul edirlər. 
İlk abort: Dünyada ilk abort SSRİ-də, 1920-ci ildə reallaşdırılıb. Məhz bu ildə SSRİ -də aborta icazə verilib. Təkcə 1934-cü ilin statistikasına görə SSRİ-də abort edən qadınların sayı 700 min olub. İslandiya da SSRİ-nin bu addımını təqdir edərək 1935-ci ildə qanunvericilikdə dəyişiklik edərək qadının və dölün həyatı təhlükədədirsə, hamiləlik 28 həftəni tamamlamayıbsa, abortların leqal hesab edilməsi haqda qanun qəbul edib. 

ABŞ-da abortun leqallaşma tarixi

1973-cü ildə ABŞ-da da abort qanuni hesab edilib. 3-cü dəfə hamilə qalan qadının 1971-ci ildə Texasda abort qadağasına qarşı üsyanı, bu prosesin məhkəməyədək irəliləməsi 2 illik müzakirədən sonra qanunvericilikdə dəyişiklik edilməsinə səbəb olub. Lakin bu gün ABŞ-ın 50 ştatından 40-da abort qadağandır. Yalnız qadının həyatı ciddi təhlükədədirsə, bu zaman aborta icazə verilir. Bu gün ABŞ-da döl canlı hesab edilmədən aborta icazə var. Abortu dövlətə qarşı xəyanət hesab edən Fransada vəziyyət birdən-birə necə dəyişdi?

1920-ci ildə abortu qadağan edən, qeyri-qanuni abort edən qadınları edam edən, abortu dövlətə qarşı böyük bir xəyanət adlandıran Fransada bu qadağa 1975-ci ildə aradan qalxıb. Belə ki, 1973-cü ildə 343 qadın etiraz aksiyası keçirərək abortla bağlı qadağaların aradan qaldırılmasını tələb ediblər. Onlar qadağa olduğu üçün qeyri-təbii üsulla abort edərək həyatlarını təhlükəyə atdıqlarını bildirərək abortun leqallaşdırılmasını tələb ediblər. Bu gün Avropa Birliyinin üzvi olan 31 ölkədə heç bir məhdudiyyət olmadan aborta icazə verilir. Bu ölkələrdə abortun həftəsi 12 olaraq müəyyənləşdirilib. Lüksemburq, Finlandiya, Polşa və İrlandiyada abort hamiləliyin 14 həftəsinədək, 14-22 həftədə isə təcavüz faktı və həyati təhlükə aşkarlanarsa, icazə verilir. Avropa Birliyinin üzvi olan ölkələr sırasında yalnız Maltada abort tamamilə qadağandır. 

Səudiyyə Ərəbistanı, İsrail, Argentina və Tayland kimi 58 ölkədə isə ana və dölün həyatı təhlükədə olduğu halda icazə verilir. Abort əsrlərdir ki, ən çox müzakirə olunan, lakin bu günədək həllini tapmayan bir qlobal problemdir. Mütəmadi olaraq abortarla bağlı qanunvericiliklər müzakirə olunaraq ölkələrin parlamentində gündəlikdə qalıb.  müxtəlif ölkələrin gündəliyində əsas yer tutub. Bəzi ölkələr müəyyən şərtlərlə abortu qadağan etsələr də, digər ölkələrdə abort tamamilə ləğv olunub. Lakin bu qadağalar da abortların qarşısını ala bilməyib. Beləliklə qadınlar arzuolunmaz hamiləliklərini sonlandırmaq üçün qeyri-tibbi üsullarla, daha təhlükəli yollarla abort etdiriblər. Hər il dünyada 22 milyon qadın bu yolla abort edir. Bununla əlaqədar olaraq hər il 47 min qadın dünyasını dəyişir, 5 milyon qadının həyatı isə ciddi təhlükə altına düşür. Bu qadınların böyük əksəriyyəti aborta qarşı daha ciddi qadağaların olduğu ölkələrdəndir. 

15-44 yaşlı 1000 qadından 32-sinin abort etdiyi Latın Amerikası və 1000 qadından 29-nun abort etdiyi Afrika bu problemə görə dünyada ilk sıralardadır. Abortun qadağan olunduğu Qərbi Avropada isə hər 1000 qadından 12-si bu yolla həyatını təhlükəyə atır. 20-ci əsrin əvvəllərindən etibarən dövlətlər maddi  ehtiyaclarını qarşılaya bilmək üçün doğuşların (təbii artımın) sayını azaltmağı əsas strategiya kimi müəyyənləşdirdilər. Beləliklə də abortlar leqallaşdırıldı. Bəzi dövrlərdə qadının həyatı təhlükədə olduğu halda, yaxud da qadının yaşı 45-dən yuxarı olduqda aborta icazə verilib. 

Abortun qadağan olduğu ölkələr 

Rumıniyanın sabiq diktatoru Çauşeskinin də dövründə yalnız bəzi istisna hallarda aborta icazə verilirdi. Çauşeskinin hakimiyyətinin sona çatması ilə Rumıniyada aborta icazə verilib. Çauşeski dölü sosial bir mük kimi  dəyərləndirirdi. Hətta qadınların hamilə olub-olmamalarını öyrənmək üçün  onların mütəmadi olaraq ginekoloji müayinədən keçmələri tələb olunurdu. Övladı olmayan ailələrdən yüksək vergi alınırdı. 

Polşada da bəzi şərtlər daxilində aborta icazə verilib. SSRİ dağılmazdan öncə Polşada aborta icazə verilirdisə, 1993-cü ildən etibarən parlamentin qərarı ilə abortlar müəyyən mənada qadağan olunub. Bu gün bəzi ölkələrdə aborta, ümumiyyətlə, icazə verilmir. Hətta qadının həyatı ciddi təhlükədə olsa belə, aborta icazə verilmir. Bu ölkələr sırasında Vatikan, Malta, Çili, Salvador, Dominikan, Nikaraquanın adını çəkmək olar. Avstraliya, Belçika, Bəhreyn, İsveçrə, İtaliya, Meksika, Portuqaliya və Nepalda isə qadının istəyindən asılı olaraq aborta icazə verilir. Türkiyədə hamiləliyin 10-cu həftəsində aborta icazə var.

Lakin aborta görə qanunların daha yumşaq olması, qadınların istəyinə uyğun olaraq abort edə bilməsi bu prosesin heç də asan və təhlükəsiz olacağı anlamına gəlməməlidir. Hətta qanunların daha liberal olduğu bir ölkədə belə qadınlar abort zamanı həyatlbarını təhlükədə hiss etdiklərini  bildiriblər. BMT-nin 2009-cu ildə hazırladığı Dünya Abort Siyasəti Hesabatına istinadən bəzi məlumatları təqdim edirik: Ölkələr hansı şərtlər daxilində aborta icazə verir? Bu istiqamətdə 7 kateqoriya müəyyənləşdirilib:

1. Qadının həyatını xilas etmək üçün
2. Qadının fiziki sağlamlığını qorumaq üçün
3. Qadının ruhi vəziyyətini qorumaq üçün
4. Qadını təcavüz zamanı qaldığı hamiləlikdən xilas etmək üçün 
5. Dölün sağlamlığı təhlükədə ikən
6. İqtisadi və ya social səbəblərlə əlaqədar olaraq
7. İstəkdən asılı olaraq
Bu hesabatda 1996-cı ildəki vəziyyət müqayisə olunub. 1996-cı ildə ölkələrin 51 faizi qadının ruhi sağlamlığını qorumaq üçün aborta icazə verib. 2009-cu ildə isə bu faiz 63 olub. İnkişafda olan ölkələrin qanunvericiliyi inkişaf etmiş ölkələrlə müqayisədə daha sərtdir. İnkişaf etmiş ölkələrin 80 faizində qadınlar iqtisadi və sosial problemlərlə əlaqədar olaraq abort etdirlər. İnkişafda olan ölkələrdə isə iqtisadi və sosial səbəblərlə əlaqədar abort etdirən qadınların faizi  19-dur. 
Maltada heç bir halda aborta icazə verilməsə də, Çində tam əksinə, istənilən halda qadının abort etdirməsi qanunidir. 

Türkiyədə abort

Türkiyədə 27 may 1983-cü ildən etibarən abort leqallaşdırıldı. Belə ki, ötən əsrin əvvəllərində müharibələr, Türkiyəyə qarşı aparılan siyasət ölkədə əhali artımına ciddi şəkildə təsir etdi. Türkiyədə əhalinin sayında azalma müşahidə edildi. Digər dövlətlər isə əhali artımını zənginlik, böyük güc olaraq dəyərləndirirdilər. Məhz bu səbəbdən, 1920-ci ilədək bir çox ölkələr əhalinin artımında maraqlı idilər. Bu səbəbdən Türkiyədə də aborta qarşı qanunlar sərtləşdirilmişdir. Əhalinin daha sürətli artmı üçün 1938-ci idə qanunvericilikdə evlənmə yaşı kişilər üçün 17, qadınlar üçün 15 olaraq müəyyənləşdirildi. Hamiləliyin qarşısını alacaq dərman və preparatların, ləvazimatların istifadəsinin qarşısı alındı. Bunu “türklüyə qarşı xəyanət” kimi dəyərləndirdilər. Lakin bir çox ölkələrdə olduğu kimi Türkiyədə də belə bir qadağanın qüvvəyə minməsi qadınların həyatını təhlükəyə atmaqdan başqa heç bir işə yaramadı. Qadınlar qeyri-təbii yollarla abort edərək hamiləliklərini sonlandırdıqları üçün 1965-ci ildə hamiləliyi önləyən dərman və preparatların üzərinə qoyulan qadağalar aradan qaldırıldı. Abortun qeyri-qanuni hesab edildiyi dövrdə Türkiyədə daha çox evli qadınlar abort edirdilər. 1970-ci illərin əvvəlində 1.5 milyon doğuş, 500 min abort qeydə alınmışdır. Bu səbəbdən də 25 min qadın dünyasını dəyişib. 1981-ci ildə qeydə alınan 451 abortun 350-si qadınların öz istəyi ilə reallaşdırılmışdır. Abort edən belə qadınlara kənar təzyiqlər daha az qeydə alınıb. Abort qadağan olunduğu müddətdə Türkiyədə hər il 10-15 min qadın dünyasını dəyişirdi. 

Azərbaycanda abort qadağan edilərsə, nə baş verəcək?

Bu gün Azərbaycanda da abortlar reallaşdırılır. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda daha çox cinsi mənsubiyyətə görə abortlar reallaşdırılır. Bu isə gələcəkdə ölkəmiz üçün böyük bəla deməkdir. Artıq bir neçə gündür abortların qanunla qadağan edilməsi üçün Milli Məclisdə müzakirələr aparılır. Qeyd etdiyimiz kimi digər ölkələrdə də abortların qadağan edilməsi heç də müsbət nəticələr vəd etməyib. Qadağa olduğu üçün qadınlar qeyri-təbii, qeyri-qanuni yollar, qeyri-preşəkar şəxslərin vasitəsi ilə abort etdiriblər ki, bu da bir çox hallarda ölüm, yaxud da qadının şikəst olması ilə nəticələnib. Azərbaycanda da belə bir qanun qüvvəyə minərsə, bu halların baş verməyəcəyinə necə təminat vermək olar? Bu haqda növbəti nömrəmizdə, daha ətraflı məlumat verəcəyik.

Nigar Məhərrəm

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений