Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Dünyanın ən “ucuz” ölümləri: “Heç nəyin” badına gedənlər



XVI əsrdə Avropada yemək bitməmiş süfrədən qalxmaq mədəniyyətsizlik sayılırdı. Danimarkalı elm adamı Tiço Brax dəvət olunduğu məclisə getməzdən əvvəl ayaqyoluna getməyi yaddan çıxardı. Yemək vaxtı həddən artıq spirtli içki qəbul edən elm adamı ayaqyoluna getmək üçün icazə istəməyəcək qədər mədəni idi. Lakin bu mədəniyyəti ona baha başa gəldi: sidik kisəsi partladı. Hadisədən 11 gün sonra öldü. İfrat mədəniyyəti onu öz qurbanına çevirmişdi.

Hamı bir gün öləcək. Amma ölümdən ölümə də fərq var. Kimi yatdığı, kimi durduğu, kimi də qaçdığı yerdə həyatını itirir. Amma belə ölməyi heç kəs istəməz. Aralarında bizə də tanış şəxslərin olduğu bu adamların ölümləri kənardan gülməli görünsə də onları bu vəziyyətə gətirən bəlkə də həyatları bahasına başa gələn səhvləridir. 

Həmin səhvləri etməsəydilər, onlar yaşayacaqdılar? Bunu demək çətindir. “Cümhuriyət” qəzeti dünyanın ən qəribə ölüm hadisələrini təqdim edir.

Ova gedərkən ovlandı

Argentinanın Buenos Ayres şəhərində bir kişi həyat yoldaşını qaldıqları mehmanxananın 23-cü mərtəbəsindən aşağı atdı. Lakin qadın elektrik məftillərinə ilişib qaldı. Həyat yoldaşının ölüb-ölmədiyinə əmin olmaq istəyən kişi aşağı düşür və əlini məftillərə vuranda həyatına son qoyur, qadın isə sağ qalır.

Nəfəsini saxladığı üçün

1983-cü ildə ABŞ-ın San-Dieqo şəhərində polislər tərəfindən oğurluq edərkən saxlanılan qadın onu buraxmayacaqları halda, ölənə qədər nəfəsini saxlayacağını dedi. Polislər ona inanmadı və qadın nəfəssizlikdən öldü.

Fil nəcisi

Amerikada bir zooparkda fil baxıcısı ifrazat vaxtı heyvanın nəcisi altında qalaraq həyatla vidalaşdı.

Naşı terrorçu

Kay Ranacet adlı iraqlı terrorçu içinə bomba yerləşdirdiyi qutunu sui-qəsd hazırladığı şəxsin ünvanına göndərdi. Qutunun pulunu ödəmədiyi üçün öz evinə geri qaytarıldı. Qutunu açan naşı terrorçu bunun içində bomba olduğunu unutmuşdu.

Qorxuyla gələn əcəl

Həyat yoldaşına zarafat etmək istəyən Cek Fen adlı kişi özünü tavandan asmış kimi göstərir. Evə gələn qadın ərinin özünü asdığını görəndə huşunu itirir. Həmin vaxt qapını açıq görən qonşusu evə girir. Cek və həyat yoldaşının öldüyünü zənn edən qonşu oğurluq etməyə başlayır. Oğurladıqları ilə birlikdə evdən çıxmaq istəyən qonşu Cekin hücumuna məruz qalır. Həyat yoldaşı bu vaxt ayılır və ölmüş ərinin xortladığını zənn edərək qorxusundan ölür.

Mənasız ölüm

Nyu-Yorkun prospektlərindən birində avtomobil piyadanı yüngülcə vurur. Piyada yerdən qalxdığı vaxt yoldan keçən bir nəfər ona təkrar yerə uzanacağı halda, çoxlu pul verəcəyini dedi. Piyada yenidən asfalta uzanır. Avtomobil sürücüsü piyadanın qalxıb getdiyini düşünür və avtomobili hərəkətə gətirir. Piyada avtomobilin altında qalıb ölür.

Şanslı toyuq

Misirdə bir fermer toyuqlardan birinin Nil çayına düşdüyünü görür və toyuğu xilas etmək üçün özünü suya atır. Lakin güclü axına güc gələ bilmir və kömək istəyir. Atasının çağırışına gedən oğlu onu xilas etməyi bacarmır və axına qarışır. Ata və oğul kömək istəməyə başlayır. Kişinin həyat yoldaşı və qızları onlara kömək etmək istəyirlər, lakin bacarmırlar. 6 nəfərlik ailə boğularaq ölür.

Talesiz alman

Filippin sahillərində tərk edilmiş gəmidə 59 yaşlı alman macəraçı Manfred Fritz Bacoratın cəsədi balıqçılar tərəfindən tapıldı. Bacoratın cəsədi masa başında oturmuşdu və əlində rabitə vasitəsi vardı. Talesiz adamın ölümündən əvvəl xilas üçün rabitə əlaqəsinə çıxdığı bildirilir. Maraqlıydı ki, cəsəd mumiyalanmış halda tapılmışdı.

Naməlum gəmi

“Sayo” adlı gəminin 20 ildir okeanda kimsəsiz gəzdiyi deyilir. Gəmidəki yeganə adamın hansı səbəbə görə öldüyü bilinmir. Cəsədin kimə məxsus olması da gəmidə tapılmış sənədlər əsasında məlum oldu. Quru okean küləyi, yüksək temperatur və duzlu hava cəsədi çürüməyə qoymamışdı.

Qatil robot

Robert Uilyam robot tərəfindən öldürülən yeganə insandır. 1979-cu ilin yanvarın 25-də fabrikdə işləyərkən xarab olmuş robotu təmir etməyə çalışır və çıxmış qolunu yerinə bərkidir. Həmin vaxt robotun qolu hərəkətə gəlir və Uilyamın başına çırpılır. Adam yerindəcə ölür. Robot tərəfindən öldürülən ikinci insan yapon mühəndis Kenji Uradadır. Kenji fabrikdə təmir etməyə çalışdığı robotun mexaniki qolu tərəfindən üyütmə maşınına itilənərək ölmüşdü.

Pis təkrar

1991-ci ildə 57 yaşlı tayvanlı Yuket Pen fermada gəzərkən inək peyininə girərək ayaqları sürüşdü. Yıxılmamaq üçün əlini elektrik məftilindən tutaraq öldü. Faciəvi hadisəni qonşularına göstərmək istəyən 52 yaşlı qardaşı eyni formada yıxılan kimi edir və elektrik məftilindən tutan kimi mərhumun arxasınca gedir..

“Göbək zərbəsi”

Peşəkar ingilis güləşçi Mal “Kinq Konq” Kirk 1987-ci ildə keçirdiyi yarışın son dəqiqələrində rəqibi Şirli “Big Deddi” Krabtrinin vurduğu “göbək zərbəsi”ndən sonra həyatını itirdi. Kirk zərbədən sonra infarkt keçirmişdi..

“Sizi başıaşağı etməyəcəm”

1924-1987-ci illərdə yaşayan komediya ustası Dik Şavn tamaşa vaxtı siyasətçiləri təqlid edərkən “sizi başıaşağı etməyəcəm”, deyərkən yıxıldı. Tamaşaçılar bunu səhnəciyin bir hissəsi olduğunu düşündülər. Bir müddət aktyor yerindən qalxmadı, başı səhnəyə çərpılan Şavn ölmüşdü.

Adam boğan qapaq

Amerikalı ssenarist Tennesse Uilyams 1983-cü ildə içdiyi şərab şüşəsinin qapağı boğazında qaldığı üçün ölüb. 1982-ci ildə isə 27 yaşlı David Qrundman atəş açdığı nəhəng kaktusun tikanlı hissəsi altında qalaraq son nəfəsini verdi. “Modern rəqsin anası” kimi tanınan İsadora Dunkan 1927-ci ildə özü qədər məşhur şarfı mindiyi avtomobilin təkərinə dolanaraq ölmüşdü.

Sərxoş və kök Elvis

Ayaqyoluda ölən bir çox məşhur olsa da onlardan ən məşhuru Elvis Preslidir. Rokn Roll “kral”ı Presli ayaqyoluda qusarkən ölmüşdü. Həkimlər bildirdilər ki, onun ölümünə səbəb ifrat piylənmə və yüksək dozada içki olub.

Yeganə jurnalist

Kristina Çubbuk canlı yayım vaxtı intihar edən yeganə televiziya müxbiridir. 1974-cü ilin iyulunda yayımın 8-ci dəqiqəsində Çubbuk tapança ilə özünü vuraraq intihar etmişdi.

“Gənc” qoca

Cerom İrvinq Rodal sağlam qida düşüncəsinin müdafiəçilərindən idi. Dəli taksi sürücüsü tərəfindən əzilmədiyi müddətə qədər 100 yaşınadək yaşayacağını deyən 72 yaşlı Rodal iştirak etdiyi touk-şou proqramında ürək infarktından öldü.

Homer və Lengli

Evlərindəki heç bir əşyanı satmayan və xüsusilə, qəzetləri yığan iki qardaş olan Homer və Lengli Kolyer buna görə həyatlarından oldu. 1947-ci ildə polisə edilən zənglə Kolyerlərin evlərində öldü olduqları bildirildi. Evi araşdıran polis Homerin cəcədini tapdı, Lengli isə heç yerdə yox idi. 2 həftə sonra evdən təxminən 100 tonluq zibil çıxarılanda sirr gün işığına çıxdı. Lengli qəzet qalaqlarının altından sürünərək iflic qardaşına yemək apararkən siçanlar üçün qurduğu tələyə düşmüşdü. Qardaşı isə acından ölmüşdü.

“Ölməz Kaşşey”

1869-1916-cı illərdə yaşamış Qriqor Rasputin ölüm məsələsində təcrübəli idi. Əvvəlcə 10 nəfəri öldürəcək zəhər verilən Rasputin daha sonra kürəyindən bıçaqlanmışdı, lakin özünə gəlməyi bacarmışdı. Bundan sonra 3 dəfə bədəninə atəş açıldı. Rasputinin hələ də yaşadığını görən qatillər bu dəfə dəyənəklərlə onu döydülər, sonra donmuş çaya atdılar. Bunlardan birində Rasputin ölmüşdü.

Cek Daniyel

Məşhur tennesseli viski istehsalçısı Cek Daniyel 1911-ci ildə bir gün işə tez getmək qərarı verdi. Ofisindəki kassanın qapısını açmağa çalışan Daniyel şifrəni unudur. 
Əsəbləşir kassaya təpik vurur və barmaqlarından birini qırır. Aldığı yaraya bir müddətdən sonra infeksiya düşür və Cek Daniyel ölür.

Dilinin bəlasına düşdü

Allan Pinkerton 1884-cü ildə səkidə gedərkən dilini dişlədi. Dilinin dişlədiyi yerə infeksiya düşdü və bu, Pinkertona həyatı bahasına başa gəldi.

Şeytanın doldurduğu tapança

İstedadlı vəkil Klement Vallandiqman 1871-ci ildə müvəkkilinin başqa bir nəfəri vurmaqda ittiham olunduğu məhkəmə prosesində vurulan kişinin özü-özünü vurduğunu sübut etmək üçün səhvən dolu tapançanı alıb özünü vurdu. Vallandiqman bu formada ölərək müvəkklinin bəraət almasını təmin etdi.

Qarınqulu kral

İsveç kralı Adolf Frederik yeməklərə düşkünlüyü ilə məşhur idi. O, 1771-ci ildə 61 yaşında olarkən bir dəfəyə xərçəng, kələm turşusu, kürü, kələm şorbası, siyənək balığı, şampan şərabı və 14 boşqab şirniyyat yeyərək ölmüşdü.

Qürurlu dirijor

1687-ci ildə fransız kralı XIV Luis öz hüzurunda “Te Deum” adlı əsəri ifa edən orkestri idarə edən drijor Jan Baptist Lulli ritmə o qədər fokuslanmışdı ki, yerə vurmalı olduğu çubuğu var gücüylə ayaqlarına çırpdı, lakin musiqini dayandırmadı. Ayaq barmağı qanqrena olan Lulli barmağının kəsilməsindən imtina etdi və öldü.

Saqqalda gizlənmiş əzrayıl

Avstriyalı Hans Şteyninger 1.4 mmetrlik saqqalı ilə məşhurlaşmışdı. 1567-ci ildə Şteyninger qəsəbədə baş verən yanğın hadisəsi yerinə gedərkən saqqalını tapdalayaraq yıxılıb ölmüşdü. Onun boynu sınmışdı.

Kölgəsini qucaqlayan

VIII əsrdə yaşayan çinli şair Li Po Ay Yanqtz çayına düşən əksini qucaqlamağa çalışarkən boğulub ölmüşdü.

Mənsur Rəğbətoğlu
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений