Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünyanın ən yaşlı qadını: “Xoşbəxt bir günüm olmayıb”



Rusiyanın Çeçenistan Respublikasında yaşayan dünyanın ən yaşlı qadını olan Qoxu İstambulova 1 İyun 1889-ci il təvəllüdlüdür. Onun indi 128 yaşı var. 

Cebhe.info xarici mediaya istinadən məlumat verir ki, bir müddət əvvəl müsahibə verən dünyanın ən yaşlı qadını həyatı boyunca çox işlədiyini, yorulduğunu və xoşbəxt bir gününün belə olmadığını bildirib:

“Uzun yaşamaq mənə tanrının hədiyyəsi yox, cəzasıdır. Kaş ki, gənc olanda ölərdim, indi yaşamıram, sürünürəm”.

Həyatda qalan son uşağı olan Tamaranın 5 il əvvəl 104 yaşında öldüyünü deyən qadın, uzun həyat yaşamağının heç bir sirri olmadığını bildirib:

“Bu yaşa necə çatdığımı heç bilmirəm, xüsusi nələrsə etməmişəm”.

Qeyd edək ki, dünyanın ən yaşlı qadını Stalin tərəfindən sürgün edildiyini də bildirib.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений