Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək: SEKSUAL QALMAQAL



Ədəbiyyat üzrə Nobel mükafatının təqdimatı gələn ilə təxirə salınıb.

Cebhe.info xəbər verir ki, buna səbəb mükafat ətrafında seksual qalmaqalın yaranması olub.

Tanınmış fotoqraf Jan Klod Arnonun ünvanına 6 qadın tərəfindən irəli sürülən ittihamlar Kral Akademiyasını belə bir qərar verməyə vadar edib. Arno və akademiyanın 6 üzvü postunu tərk etməli olub. Nobel Fondu akademiyanın mükafatın təqdimatının gələn ilə keçirilməsi barədə qərarını dəstəkləyib. Fondun direktoru Karl Henrik Heldin bildirib ki, bu sahədə dəyişiklik digər mükafatlara təsir etməyəcək. Digər kateqoriyalar üzrə mükafatlar bu il sahiblərinə veriləcək.

Xatırladaq ki, belə hadisə ilk dəfə yaşanmır. Ədəbiyyat üzrə Nobel mükafatı 1915, 1919, 1925, 1927, 1936 və 1949-cu illərdə də təqdim edilməyib. 2018-ci ildə isə mükafatın verilməmə səbəbi akademiya üzvlərinə qarşı etimadsızlğın yaranmasıyla əlaqədar olub. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений