Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əhmədlidən qaz iyi gəlir – Niyə?



Bir neçə gündür ki, Xətai rayonu ərazisində havada kəskin qoxu hiss olunur. 

Cebhe.info-nun xəbərinə görə, bu ərazilərdə yaşayan sakinlər həmin iyin lax yumurta, zibil və ya qaz iyinə bənzədirlər.

Havadan gələn qoxunun Neft Emalı Zavodundan gəldiyi iddia olunur. Zavodda emal olunan qazın havaya sızması güman edilir. 

Qeyd edək ki, mütəxəssislər əhaliyə verilən qazın tərkibinə etilmerkaptan maddəsinin vurulduğunu və həmin maddənin spesifik iyi olduğunu bildirirlər. Bu maddə qazın tərkibinə ona görə vurulur ki, evlərdə qaz sızması baş verən zaman, bu hiss olunsun. Etilmerkaptan kəskin yumurta qoxusu verir.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений