Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ekspert "Azercell"-i tənqid etdi: "Bəsit tədbirlər, mağazalar..."



“Azercell” dövlət şirkətinə çevriləndən sonra belə versiyalar səslənirdi ki, hökumət böyük vergi ödəyicisi olan bu şirkəti xilas etmək üçün alıb”. 

Bu sözləri Cebhe.info-ya Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O, bildirib ki, bu dövlət şirkətinin son dövrlərdə atdığı addımlar, həyata keçirdiyi layihələrlə bağlı məlumatları isə anlaşılan deyil. 

“Belə güman olunurdu ki, investisiya imkanları tükənən və xeyli zəifləyən "Azercell" şirkətini almaqla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bu quruma dövlət investisiyasını yatırmaqla onu gücləndirəcək və yenidən özəlləşdirməyə çıxaracaq.

Dünən də “Azercell” daha bir mağazasının, “Azercell Eksklüziv”in açıldığını elan edib. Düzü, NRYTN-in bu addımı anlaşılmazdır. Özəlləşdirilməyə hazırlanmalı olan dövlət şirkətinin öz şəbəkə infrastrukturunu gücləndirmək, rəqəmsal xidmətlərinin sayını, keyfiyyətini artırmaq, yeni texnologiyaları və innovasiyaları tətbiq etmək əvəzinə bu tip köhnədən qalma metodlara üstünlük verməsini necə başa düşmək olar?

Qonşu ölkələrin mobil operatorlarının açıqlamalarına diqqət etsək görərik ki, az qala gündə bir innovasiya tətbiq edirlər, bir mobil xidmət yaradırlar, maliyyə-bank sektoruna, müxtəlif sahələrə inteqrasiya edirlər. Bizim operatorlar isə bəsit tədbirlər və mağazalar açmağa üstünlük verirlər”.

Ekspert bildirib ki, NRYTN “Azercell” dövlət şirkətinin gələcək inkişaf strategiyasını, özəlləşdirməyə hazırlanması istiqamətində planları açıqlaması doğru olardı.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений