Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ekspert həyəcan təbili çaldı: Bu yaş dövrü üçün hazırlanan dərsliklər...



“6-10 yaş dövründə uşaqla davranışda çox diqqətli olmaq vacibdir. Ona görə də, bu yaş dövrü üçün hazırlanan dərsliklər dəqiqliklə, psixoloji durumlar nəzərə alınmaqla tərtib edilməlidir”

Cebhe.info xəbər verir ki, bu sözləri Karyera Tədris və Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Elşən Qafarov deyib. 

Onun sözlərinə görə, bu yaşda uşağın beyninin çəkisi demək olar ki, böyük adamın beyninin çəkisi qədər olur və 1400 qrama çatır: 

“Uşağın psixikası sürətlə inkişaf edir. Bu yaşda uşaqlar izah edilən təlim materialını faktlarla, misallarla, əyani vasitələrlə daha tez başa düşür. Çünki hər hansı bir səhv uşağı səhv səmtə yönəldə bilər. Uşaqlara tədris edilən vəsait əlverişli olmalı və müəllim dərsi aydın şəkildə izah etməyi bacarmalıdır. Bu dövrdə uşaqlar nə görürlərsə, onu da beyinlərinə həkk edirlər. Bu yaş dövrünün ilkin mərhələsi uşağın məktəbə ilk dəfə getdiyi dövrə təsadüf edir. Ümumiyyətlə, digər yaş dövrlərinə nisbətən bu yaş dövrü azyaşlılara qarşı daha məsuliyyət və diqqət tələb edir”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений