Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ekspert yeni naziri “publikaya işləməkdə” ittiham etdi: “Qəbulu bu qədər bayağılaşdırmaq lazım deyil”  



Beynəlxalq olimpiadalarla yanaşı, respublikamızda keçirilən olimpiadaların qalibləri də ali təhsil müzəssisələrinə imtahansız qəbul oluna bilər.

Təhsil naziri Ceyhun Bayramovun verdiyi açıqlamaya görə, nazirlik bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi ilə bağlı təkliflər hazıqlayıb. O, təkliflərin aidiyyatı qurumlarla razılaşdırılma mərhələsində olduğunu deyib:

"Respublika fənn olimpiadasının qalibləri çox yüksək hazırlığa malikdirlər. Hazırda dünya fənn olimpiadalarının qalibləri müvafiq ixtisaslara müsabiqədənkənar qəbul oluna bilirlər. Şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn olimpiadalarının qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadalarının qaliblərinin isə qəbul olduqları fənn üzrə ali məktəblərə müsabiqədənkənar qəbulu stimullaşdırıcı rol oynaya bilər. Buna görə də bu məsələ ilə bağlı təkliflər hazırlamışıq". 

Qeyd edək ki, “Təhsil haqqında” Qanunda beynəlxalq yarışların, olimpiyadaların qaliblərinin müsabiqədənkənar həmin sahə üzrə ali məktəblərə qəbul olması nəzərdə tutulur. 

Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında  Ceyhun Bayramovun təklifini “maraqlı təklif” adlandırıb, amma təqdir etmədiyini deyib: “Azərbaycanda Təhsil Nazirliyi tərəfindən keçirilən respublika olimpiadalarında istifadə olunmuş test modellərinin heç biri standartlara uyğun deyil, sualların səviyyəsi uşaqların biliyini tam səviyyədə ortaya qoymasına imkan vermir. Digər tərəfdən, nazir deyir ki, olimpiadaların qalibləri həmin ixtisas üzrə qəbul oluna bilər.Otra məktəblərdə 11 fənn tədris olunur, bunlardan 7-si olimpiadalara salınır. Bədən tərbiyəsi, Həyat bilgisi, Musiqi, Təsviri incəsənət fənləri üzrə olimpiada keçirilmir, bəlkə həmin fənlər üzrə də qabiliyyəti olanlar var, bu, onlara qarşı haqsızlıqdır. Digər tərəfdən, ali məktəblərə qəbulu bu qədər bayağılaşdırmaq, publika üçün hər hansı bir təklifi irəli sürmək lazım deyil. Bu məsələdə obyektivliyin təmin olunması da sual altındadır”. 

Təhsil eksperti deyir ki, olimpiada qalibləri ali məktəblərə növbədənkənar qəbul olunacağı təqdirdə, həmin şagirdlərin bilikləri birtərəfli olacaq: “Tarixdən hazırlaşan şagirdin digər fənlərdən biliyi olmayacaq. Beynəlxalq olimpiadaların qaliblərinin qəbul olunması isə humanitar fənlərə haqsızlıqdır. Çünki beynəlxalq olimpiadalara humanitar fənlər salınmır”. 

Kamran Əsədovun fikrincə, orta məktəbləri fərqlənmə ilə bitirənlərə hansısa güzəştləri tətbiq etmək mümkündür: “Onları birbaşa ödənişli əsaslarla ali məktəblərə qəbul etmək olar. Amma ödənişsiz yox, çünki bu, digər abituriyentlərə haqsızlıq olar”.
 
Təhsil eksperti olimpiada qaliblərinin növbədənkənar qəbulunun qeyri-qanuni yollara, rüşvətə yol açması iddiası ilə isə razılaşmır:  “Təhsil Nazirliyinin keçirdiyi bütün tədbirlərdə obyektivlik, şəfaflıq gözlənilir. Hər hansı kənar müdaxilə mümkün deyil”. 

Xatirə Nəsirova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений