Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elçibəy-80: AXCP silsilə tədbirlər keçirəcək



Milli Azadlıq Hərəkatının mərhum lideri, sabiq  prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bununla bağlı bəzi siyasi partiyalar da müxtəlif tədbirlər keçirməyi planlaşdırır. Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirəcəklərini deyib: 

“Əbülfəz Elçibəy təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük, sevilən, sayğıdəyər şəxsiyyətlərindədir. Əbülfəz Elçibəy Azərbaycanda demokratiyanın simvoludur. Və biz də Əbülfəz Eçlibəy ideyalarının davamçısı olaraq, əlbəttə bu möhtəşəm şəxsiyyətin 80 illiyini ona layiq qeyd etməyə çalışacağıq. Planımızda bir neçə tədbirlər var. İyunun 23-ü, saat 12:00-da Elçibəyin məzarını zəyarət edəcəyik. Sonra isə planlaşdırıldığı kimi, silsilə tədbirlər keçiriləcək. Onu da qeyd edim ki, Əbülfəz Elçibəy yalnız ildə bir dəfə xatırlanacaq şəxsiyyət deyil. Onun şəxsiyyəti, ideyaları , yürütdüyü siyasət bizim üçün hər gün gündəm məsələlərdən biridir”.

Vilayət Muxtar
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений