Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elçibəydən miras qalan 24 aprel: Bütöv Azərbaycan Gənclər günü



24 aprel Bütöv Azərbaycan Gənclər günüdür.

Bu gün Bütöv Azərbaycan Gənclər günüdür. Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin təşəbbüsü ilə 1999-cu ildə Bütöv Azərbaycan Gənclər Təşkilatının təşkilatçılığı ilə 40-a yaxın gənclər təşkilatı bu barədə qərar verib.

Bütöv Azərbaycan Ocaqlarının Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında bildirib ki, aprelin 24-nün Bütöv Azərbaycan Gənclər Günü elan olunması təsadüfü deyil: 

“Bildiyiniz kimi, ermənilər bu günü “soyqırım” günü kimi qeyd edirlər. Məhz belə bir günün Gənclər Günü kimi qeyd edilməsi Əbülfəz Elçibəyin ideyalarının məhsuludur. Azərbaycan gənclərinin bu günü qeyd etməsi anlamlıdır. Bir tərəfdən düşmənlərimizə cavabdır, digər tərəfdən Azərbaycanın bütövlüyünə qovuşulması ideyasının təbliği istiqamətində dəyərlidir. Bu gün bu gənclərimizə daha çox lazımdır. Bütöv Azərbycanı gerçəkləşdirmək gənclərin üzərinə düşür. Güneyli Quzeyli Azərbaycan yeni nəslinin heç olmasa 5 faizi bütövlük şüurunu dərk edərsə, bizim həqiqətən birləşməyimiz real olacaq. Bu baxımdan belə bir günün qeyd olunması önəmlidir”.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений