Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Elçin Rəhmanov millidə işləməyə razıdı



Noyabrın 3-də ölkə futbolu adına çox önəmli qərar verildi. Belə ki, AFFA İcraiyyə Komitəsinin iclasında yığmanın Qurban Qurbanova həvalə edilməsi məqsədəuyğun bilindi. Toplantının ardınca mütəxəssis ictimaiyyətə təqdim olundu və onun millini ən azı 6 il (3 tsikl) çalışdıracağı açıqlandı. Onu da bildirək ki, Qurbanovun yığmanın “sükanı arxasına” keçməsi “Qarabağ”la vidalaşacağı anlamına gəlmir. O klubda da işini davam etdirəcək. “Köhlən atlar”la avrokuboklarda tarix yazan və bir sıra ilklərə imza atan 45 yaşlı mütəxəssisin millini də uğura daşıyıb-daşımayacağını zaman göstərəcək. Hər halda, azarkeşlər onun bunu bacaracağına ümid edir və inanır. Qeyd edək ki, Qurbanov yığmadakı işinə dekabrın əvvəlində start verəcək. Çünki məhz həmin vaxt Robert Prosineçkinin müqaviləsinin müddəti bitir.

Maraqlı məqamlardan biri Qurban bəyin yığmadakı köməkçilərinin kimliyidi. Çoxları “Qarabağ”dakı yardımçılarının millidə də onunla birgə olacağını düşünür. Təbii, mütəxəssis bu cür qərar versə, heç kim təəccüblənməyəcək. Aydın məsələdi ki, istənilən çalışdırıcı neçə il bir yerdə işlədiyi, onun nə istədiyini çox yaxşı bilən, uğurlara bir yerdə addımladığı köməkçilərlə yoluna davam etmək istəyər.
 
"Futbol plus" qəzeti Qurbanovun köməkçiləri ilə əlaqə saxlayıb, baş məşqçidən belə bir təklif alıb-almadıqlarını, yığmada işləmək istəyib-istəmədiklərini soruşub. Təəssüf ki, zənglərə yalnız Elçin Rəhmanov cabvab verib:

“Belə məsələləri Qurban müəllimin özündən soruşmaq lazımdı. Bu haqda hələ heç bir qərar verilməyib. Məsləhət olsa, əlbəttə, işləyərəm”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений