Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ələt İqtisadi Zonası: İş adamlarına yeni fürsət?



Ələtdə yaradılacaq iqtisadi zonada tətbiq olunacaq mexanizm digər dövlətlərdəkindən fərqlənəcək. 

Bunu Cebhe.info-ya açıqlmasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib və qeyd edib ki, Ələt İqtisadi Zonası Azərbaycan iqtisadiyyatına müsbət töfhələr verəcək. Qanunun detallarını açıqlayan ekspert bildirib ki, Azərbaycanda bu cür iqtisadi zonaların yaradılmasına ehtiyac var idi: 

"Qanunun özəlliyi ondan ibarət olacaq ki, həm dövlətin öhdəlikləri, həm də tətbiq olunan güzəştlər qanuni statusa malik olacaq. Yəni, burada bütün fəaliyyətlər ölkə qanunvericiliyi ilə deyil, Ələt İqtisadi Zonası haqqındakı qanunla tənzimlənəcək. Belə bir qanunun qəbul edilməsi və onun təsdiq olunmasına ehtiyac var idi. Çünki Azərbaycan qanunvericiliyində və Vergi Məcəlləsində mütəmadi olaraq dəyişikliklər edilir və xüsusən də, Vergi Məcəlləsində edilən dəyişikliklər xarici investorların cəlb olunmasında çətinliklər yaradırdı. Təsəvvür edin, 2017-ci ilin yanvarında Vergi Məcəlləsinə 200-dən artıq dəyişiklik edilib və nəticə etibarı ilə xüsusən xarici investorlarda tərəddüd yaranırdı. İnvestorlar düşünürdü ki, məcəllə ilə əgər onlara güzəşt veriləcəksə, həmin güzəşt istənilən zaman edilən dəyişikliklərlə ləğv edilə bilər. Bu da təbii ki, investorlar üçün heç bir halda sərfedici deyildi. Amma indiki halda qanuni status var, hətta, Vergi Məcəlləsində və digər məcələllərdə də hər hansı bir dəyişiklik olunsa belə, bu Ələt İqtisadi Zonasına təsir etməyəcək". 

Ələt İqtisadi Zonasında fəaliyyət göstərəcək iş adamlarının bir çox səlahiyyətlərinin olacağını deyən Vüqar Bayramlı bildirdi ki, adı çəkilən ərazidə sahibkarlara öz fərdi qaydalarını tətbiq etməyə imkan yaradılacaq. Bu isə onlara öz müstəqilliyini qorumlarına kömək edəcək: 

"Bu sahibkarların həm müstəqilliyinin qorunub saxlanılması, həm də iş adamlarının güzəştlərdən istifadə imkanlarının genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda sahibkarlıq hər hansı anlaşılmazlıq baş verərsə, o zaman beynəlxalq məhkəməyə müraciət etməklə məsələni araşdırmaq imkanına malik olacaqlar. Bu da investisiyaların cəlb edilməsi baxımından çox vacib amildir. Ona görə də mövcud qanunun yazılması ilə bağlı istifadə edilən mexanizm xarici investisiyanın cəlbinə şərait yaradır. Düşünürəm ki, prosesin belə davam etməsi Ələt İqtisadi zonasının bir  modelə çevrilməsinə səbəb olacaq. Hasilatın pay bölgüsünə uyğun olaraq qanun qəbul edilən iqtisadi zonaların sayı çox deyil. Azərbaycan praktik olaraq bu istiqamətdə regionda ilk addım atan ölkələrdəndi".

E.Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений