Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əli İnsanovla İlqar Məmmədov azadlığa çıxır? - Əfv Komissiyasının üzvündən açıqlama



“Novruz bayramında əfv sərəncamının verilməsi gözlənilmir”

Bunu AzNews.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, komissiyaya ünvanlanan müraciətlərin araşdırılması hələ başa çatmayıb:

“Əfv sərəncamı prezidentə məxsusdur. O siyahıya kimlərin düşəcəyini də dövlət başçısı özü müəyyənləşdirir. Mən inanmıram ki, kimsə birmənalı olaraq sabiq Səhiyyə naziri Əli İnsanovla “Real” hərəkatının sədri İlqar Məmmədovun adlarının əfv sərəncamında olacağını desin”.

Əliməmməd Nuriyev qeyd edib ki, hüquq müdafiəçiləri müxtəlif şəxslərin əfv olunması üçün komissiyaya vəsatətlər ünvanlayırlar: “Gözlənilən əfv siyahısında kimlərin adının olub-olmaması heç kimə məlum deyil. Kimlərsə sadəcə, həmin şəxslərin əfv olunması üçün vəsatət qaldırıldığını deyə bilərlər. Siyahıda kimlərin yer alacağını əvvəlcədən deyə bilmərik. Çünki bu, bizim səlahiyyətimizdə olan məsələ deyil”.

Qeyd edək ki, bu gün mətbuatda Əli İnsanovla İlqar Məmmədovun əfv olunacağı barədə hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlaması yayılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений