Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əli Kərimli indi də “söyüş müxalifəti”ni söydürür



“Yurd” sədri Əli Kərimli bu dəfə də “söyüş maşınını”  müxalifəti təmsil etdiyini iddia edən şəxslərə istiqamətləndirib. Zamanında eyni cəbhədə mübarizə apardıqları deyilən, ən azından hədəflərini bir nöqtəyə cəmləşdirən şəxslər indi qarşı tərəflərdə yer alıblar.

Əli Kərimli indi də Emin Millini, Qurban Məmmədovu, Nahid Cəfərlini söydürür. Halbuki bir müddət öncə birlikdə söyüş şəbəkəsi qurmuşdular. Belə görünür ki, Əli Kərimli müxalifət imici formalaşan hər kəsi özünə potensial təhlükə hesab edir. Hazırda gedən prosesi analiz etdikdə, maraqlı məqamlar üzə çıxır. Bütün analizlərin nəticəsi isə Əli Kərimliyə çıxarır. “Yurd” sədri zamanında da bu cür üsullardan istifadə edib. Müxtəlif cəbhələrdə yer alan, cəmiyyətdə müxalifətçi imici yaratmağa çalışan hər kəs zaman-zaman Kərimlinin hədəfinə tuş gəlib. Bu dəfə  isə məqsəd eyni olsa da, prosesin gedişatı öncəkilərdən fərqlidir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Mehriban Sadıqova Cebhe.info-ya açıqlamasında Əli Kərimlinin hər kəsi özünə rəqib gördüyünü deyib:

“Özünü lider kimi göstərən, əslində Qərbin qrantları hesabına xalqı aldadaraq funksioner obrazı yaradan Əli Kərimli indi də növbəti siyasətə-xaricdə yaşayan Emin Millini,  Nahid Cəfərovu söydürməyə başlayıb. Etiraf edim ki, bu sahədə böyük məktəb yaradan Əli Kərimli saxta profillər açmaq, idarə etmək, ümumilikdə sosial şəbəkə üzərindən iş qurmaqda çox bacarıqlıdır.

Yuxarıda adlarının sadaladıqlarımızın hərəkəti birmənalı düzgün deyil, amma özünü "lider" hesab edənin bu insanları əvvəl dəstəkləyib, sonradan onlara qarşı belə hərəkət etməsinin səbəbləri maraqlıdır. Nəticə  budur ki, Kərimli müxalifətçi imici formalaşdırmağa çalışan hər kəsi özünə rəqib görür. Bu isə gücsüzlük əlamətidir.

Siyasət  gücsüzləri bağışlamır. Əli Kərimli potensiallı hesab etdiyi hər bir kəsə öz yolları ilə cavab verir. Hakimiyyətin monarxiya siyasəti qurduğun söyləyən Əli Kərimli bəs niyə özünü monarxiyaçı müxalifət adlandırmır? Axı nə qədər müxalifətdə qalmaq olar? Heç nəyə gərək olmayan, yalnız öz mənafeyini güdən müxalifətin artıq getmək zamanı çatmayıbmı?”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev məsələyə iki aspektdən yanaşıb. V.Qarayev deyib ki, Əli Kərimli özündən başqa müxalif gücün formalaşmasını istəmir:

“Əslində bu məsələdən bir şey anlamadım. Emin Millinin Cəmil Həsənlini, Əli Kərimlini ittiham etməsi, Gültəkin Hacıbəylinin, Cəmil Həsənlinin ona cavab yazılarını analiz etməyə çalışdım. Bu məsələ hər iki tərəfə dəstək verən güclərin, daha doğrusu, klanlar arasında gedən savaşın nəticəsi də ola bilər. Bu olayların məhz seçkilərdən sonra baş verməsi də diqqətçəkən məqamdır. Çünki seçki ərəfəsində hər iki tərəf- ənənəvi müxalifət və mühacir müxalifəti belə demək mümkünsə, “çəkici eyni yerə vururdular”, bir-birlərini müdafiə belə edirdilər. Özəlliklə ənənəvi müxalifətin Azərbaycandakı virtual tərəfdarları, eləcə də “fake” profillər mühacirət müxalifətinə yüksək dəstək verirdi.

Seçkidən həmin sonra isə qarşılıqlı ittihamlar başladı. Bunu Əli Kərimlinin eqosu kimi dəyərləndirənlər də var ki, “Yurd” sədri özündən başqa müxalif gücün formalaşmasını istəmir. Çünki söz-söhbətlər gəzirdi ki, məsələn, Orduxanın fərdi virtual fəaliyyəti Əli Kərimlinin, ümumiyyətlə ənənəvi müxalifətin fəaliyyətini kölgədə qoyub. Mən dəqiq deyə bilmərəm ki, nə baş verir. Sadəcə onu deyə bilərəm ki, baş verənlər bu şəxslərə inanan, güvənən, onların arxasınca gedənlər az sayda insan üçün də xəyal qırıqlığıdır ”. 

AXCP funksioneri həmçinin əlavə edib ki, hazırda Əli Kərimliyi dəstəkləyənlərin də ona qarşı mövqeyi dəyişib:

“İndi kimə inanacaqlarına, kimə güvənəcəklərinə, kimin arxasınca gedəcəklərinə necə qərar verəcəklər ? Və çox trajikomikdir ki, dünən mühacirətəki müxalifətə  can-başla dəstək verənlər, indi onları linç edirlər. Eləcə də mühacirətdə olanların dünənə kimi dəstəklədikləri Əli Kərimli, Cəmil Həsənliyə qarşı münasibətləri dəyişib. Amma bunlar onlaırn anlamında siyasətdir, hər şey ola bilər, hər şey gözləniləndir. Nəticədə isə, bütün bunlar nə vətəndaşın, nə ölkə müxalifətinin, sadəcə hakimiyyətin xeyrinə işləyir”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений