Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əli Kərimlinin ziyarət “şousu” - “Yurd” sədrindən müqəddəs dəyərlərə növbəti hörmətsizlik



“Yurd” sədri Əli Kərimli öz yaxın ətrafı ilə yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət etdi. Təşkilat sədrini ənənəvi olaraq bir qrup tərəfdarı və mühafizəçiləri müşayiət edirdi. Hər ilin bu vaxtı şəhidləri ziyarət edən Əli Kərimlinin xiyabana budəfəki gəlişi də şouyla yadda qaldı. Tərəfdarlarının “İstefa!”, “Azadlıq!” şüarlarına qarşı “sakit ol” göstərişi verməyən “Yurd” sədri bununla növbəti dəfə özünün ölkənin milli-mənəvi dəyərləri qarşısında hansı mövqedə dayandığını nümayiş etdirdi.

Əlbəttə, Əli Kərimlinin ziyarəti əsnasında baş verənlər haqlı olaraq insanların narazılığına səbəb oldu. Milli dəyərlərə qarşı sayğısızlıqda ittiham olunan “Yurd” sədrinə qarşı bir neçə gündür davam edən tənqidlər ara vermir.

Şəhidlərə sayğızıslıq

Etirazlar, iradlar və tənqidlərdə kifayət qədər haqq payı var. Şübhəsiz ki, Azərbaycanın müstəqilliyinin ən böyük təkanverici qüvvəsi olan 20 Yanvar hadisələrində şəhid olmuş insanların dəfn edildiyi xiyabana uzanan yol siyasi etiraz meydanı ola bilməz.

Xalqı birləşdirən dəyərə, and yerinə çevrilmiş şəhidlərin məzarı önündə siyasi şou göstərmək millətə, onun dəyərlərinə ən azı sayğısızlıqdır. Əli Kərimli 28 il öncə Sovet imperiyasının gözüyaşlı qoyduğu xalqa qarşı bu sayğısızlığı da etdi.

Bu, təkcə orada həlak olmuş insanlara yox, bu insanları şəhidlik zirvəsinə qaldırmış milli dəyərlərə olan hörmətsizlikdir. Lakin o, etdiyi yanlışın ayıbına bürünüb ən az susmaq əvəzinə, özünə də, tərəfdarlarının sayğısızlığına da haqq qazandırdı, doğru yolda olduqlarını iddia etdi.

Həmin “doğru yol”

Əlbəttə, Əli Kərimlinin eyham etdiyi yol onun uzun illərdir getdiyi yoldur. Bu, o mənada “doğru”dur ki, o, heç vaxt  bu yoldan kənara çıxmaq istəməyib. Seçim imkanı olmayan Əli Kərimlinin  üz tutduğu bu yol onun üçün axırıncıdır. Və bu axırıncı yolda o yeri gəlib şəhidləri də söydürüb, Elçibəyi də təhqir etdirib, ermənilərə də dəstək verib, Rusiyaya da xidmət edib, Amerikanın da uzanan əlini sıxıb, İranın dini-siyasi əqidəsinin ən qızğın tərəfdarı qiyafəsini geyindiyi vaxt saman altından Fətullah Gülənə də əl uzadıb. Başqa sözlə, iblislə belə sövdələşməyə hazır vəziyyətdə dayanmış bu şəxsdən şəhidlərə sayğısızlıq gözləmək mümkün idi. Lakin 20 Yanvar hadisəsi və həmin gün  həlak olmuş insanların xalq üçün hansı ucalıqda dayandığını düşündükcə, Əli Kərimlinin ən azı bu gün “dilini dinc qoyacağı” gözlənilirdi. Amma fürsət düşdükcə etdiyi yanlışlarla özünə qarşı ikrah hissi yaratmağa və özünü öz gözləri qarşısında söydürməyə adət etmiş “Yurd” sədri üçün bu, biçilmiş parça idi.

“Axşam bazarı”na qalmış adamlar

Əli Kərimli həmişə diqqət mərkəzində olmağı və özü haqda pis, ya yaxşı- fərqi yoxdur, müzakirə yaratmağı sevən adamdır. Şəhidlər Xiyabanına gedən yoldan siyasi etiraz meydanı kimi istifadə etmək və ziyarəti öz qrupuna daxil olan adamlarla həyata keçirməsi də diqqəti özünə tərəf çəkmək niyyətindən irəli gəlir. Qrupunun tanınmış simalarına öz yanında yer verən Əli Kərimli həmişə ön plandan çəkilən şəkillərdə göstərməyə çalışdığı kütləviliyi də özünə bağlayır. Cəmiyyətə tanış simalara ona görə öz yanında yer verir ki, arxadan gələn insan selinin bu qrupa aid olduğunu göstərə bilsin. Bu məqamda çoxlu sayda şəkillərlə bir daha dəstəklənən “lider” olduğunu göstərməyə çalışaraq iddia edir ki, arxadan gələn insanların hamısı onun dəstəkçiləridir. Amma həmişə topa-topa adamların dayandığı yerdə şəkil çəkdirməyə öyrəşmiş Əli Kərimlinin keçirdiyi mitinqlərə neçə nəfərin gəldiyini hər kəs bilir. Və həmin “Yurd” sədri bir Milli Şuranın stadionda keçirdiyi mitinqlərdə şəkil çəkdirməyi sevmir. Çünki bu mitinqlərə axşam bazarına qalmış insanlar qədər Əli Kərimli tərəfdarı qatılır.

Mənsur

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений