Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əlləri qana batan məşhurlar: Onları siz də tanıyın 



Böyük sovet aktyorları- onları bir çoxlarımız ekran əsərlərindən yaxşı tanıyır və sevirik. Ancaq çox az adam bilir ki, bu aktyorlar arasında da əlləri qana batanlar var. Qan dediksə, söhbət cinayətdən yox, müharibədən gedir. İkinci Dünya Müharibəsində iştirakdan...
 
Cebhe.info xəbər verir ki, müharibə iştirakçısı olmuş böyük sovet aktyorları siyahısına Yuri Nikulun rəhbərlik edir. Onu daha çox komik kimi tanıyırıq. 1939-cu ildə orduya çağırılan Nikulun gülməyi və güldürməyi də orduda öyrənmişdi. Müharibə illərində Nikulin Leninqrad ətrafında xidmət edib. İki dəfə yaralanıb, ancaq hər dəfəsində də cəbhəyə qayıdıb. Qələbəni isə serjant Nikulin Pribaltikada qarşılayıb. Ona "Şücaətə görə", "Leninqradın müdafiəsinə görə", “Almaniya üzərində qələbəyə görə" ordenləri verilib.
 
Anatoli Papanov
 
 
O, müharibəyə gedəndə artıq ekranlardan tanınırdı. "Lenin oktyabrda" filmindən tamaşaçılara tanış sima idi. Cəbhəyə getdikdən sonra müharibə illərində böyük serjant rütbəsini alana qədər xidmət etdi. Zenit artilleriyasında xidmətdə idi. 1942-ci ildə Xarkov ətrafında ağır yaralanaraq hospitala düşdü. Ölümcül vəziyyətdə idi. Həkimlər həyatını xilas etdilər, ancaq ömürlük şikəst qaldı.
 
Vladimir Basov
 
 
1941-ci ildə sənədlərini toplayıb ali məktəbə daxil olmaq istəyirdi ki, müharibə arzusunu yarımçıq qoydu. Həmin ilin iyulunda cəbhəyə göndərildi. Minomyot briqadasında xidmət edirdi, kapitan rütbəsinə qədər yüksəldi. Müharibədəki iştirakından ona “Qırmızı ulduz" ordeni, “Döyüş xidmətlərinə görə" medalı, “1-ci dərəcəli vətən müharibəsi iştirakçısı” ordeni yadigar qaldı.
 
Mixail Puqovkin 
 
 
1941-ci il onun üçün uğrulu başlamışdı. Rejissor Qeorgi Roşaldan film təklifi almışdı. Ancaq müharibə onun da taleyini dəyişdirdi. 1942-ci ilin avqustunda cəbhəyə göndərildi. Atıcı alayında kəşfiyyatçı oldu. Voroşilovqradda ayağından yaralandı. Hospitalda məlum oldu ki, ayağında artıq qanqren başlayıb. Həkimlər onu amputasiyaya hazırlayırdılar. "Həkim, ayağım mənə lazımdır, axı mən artistəm",-deyə o xahiş edirdi. Həkim uzun müddət fikirləşə bilməzdi və ayağını kəsməmək riskini gözə aldı. Aktyor uzun müddət qoltuq ayacı ilə gəzdi...
 
 Vladimir Etuş
 
 
Cəbhəyə könüllü gedib. Müharibə başlayanda o, teatr məktəbinin tələbəsi idi. Stavropolda tərcüməçilik məktəbini bitirdi və Osetiyaya yollandı. Rostov-Donun və Ukraynanın azad edilməsində iştirak etdi. 1944-cü ildə ağır yaralandı və bu yara ona əlillik gətirdi. Müharibədən ona təkcə əlillik yox, çox sayda orden və medal da yadigar qaldı.  
 
Xəzər
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений