Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əmək və yaşa görə pensiyaların orta aylıq məbləği artıb



“Cari ilin aprelin 1-nə qədər Azərbaycanda əmək pensiyaçılarının sayı 1 milyon 313 min nəfər təşkil edib. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardan ibarətdir”.

Cebhe.info xəbər verir ki, məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev verib.

Qurum rəsmisi qeyd edib ki, ölkədə fəaliyyət göstərən müasir sığorta-pensiya sisteminin yaratdığı imkanlar və həyata keçirilən sosial müdafiə tədbirləri 2018-ci ildə də pensiyalarda artım tempinin davam etməsini şərtləndirib:

“Belə ki, bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği cari ilin əvvəlindəki 208,36 manatdan 2018-ci il  aprelin 1-nə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib. Bu göstəricilər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğinin 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 9,27 faiz artdığını göstərir”.

Elman Babayev hazırda Azərbaycanda yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə (525,6 manat) nisbəti 46,5 faiz olduğunu vurğulayıb:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə Fonda daxilolmalarda 2018-ci ildə də artımın özünü göstərməsi cari ilin ötən aylarında da hər ay üzrə pensiyaların elə həmin ay ərzində maliyyələşdirilməsinə imkan verib. Ötən ay isə Novruz bayramı ərəfəsində mart ayı üzrə bütün əmək pensiyalarının ödənişi tam yerinə yetirilib ki, bu da pensiyaçıların sosial müdafiəsinə yönələn tədbirlərin davam etdiyini təsdiq edir”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений