Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ən faydalı 5 içki - MÜTLƏQ İÇİN



Gündəlik həyatımızda müxtəlif içkilərdən istifadə edirik. Maraqlıdır, sağlamlığımız üçün ən faydalı içkilər hansılardır?
 
Cebhe.info xarici mediaya istinadən alimlərin araşdırması nəticəsində 5 faydalı içkini sizə təqdim edir:
 
1- Qəhvə - araşdırma nəticəsində qəhvənin yaddaşı gücləndirdiyi təsdiq olunub. Qəhvə yaddaşla yanaşı sümükləri də gücləndirir, yüksək təzyiqin qarşısını alır, selüllit kimi dəri problemlərinin yaranmasına mane olur.
 
2- Yaşıl çay - orqanizmin hüceyrələrini qocalmaqdan qoruyur. Bundan əlavə yaşıl çayın mədə və qida borusu, eləcə də ağız xərçənginin müalicəsində əvəzsiz rola malik olduğu müəyyənləşib.
 
3- Kök şirəsi - vitamin və minerallarla zəngin olan kök şirəsi orqanizmin mineral maddələrə olan sutkalıq tələbatını tam şəkildə ödəyir.
 
4- Çuğundur şirəsi - qan damarlarını genişləndirir, orqanizmin qanla təmin olunmasını yaxşılaşdırır, beyinin fəaliyyətinə müsbət təsir edir.
 
5- Portağal şirəsi - C vitamini ilə zəngin olan portağal şirəsi göz sağlamlığını qoruyur, soyuqdəymə və qripin qarşısını alır. Portağal şirəsi həm də kapilyar damarları gücləndirərək ürəyin fəaliyyətinə müsbət təsir göstərir.
 
Hicranə İsmayılova
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений