Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ən maraqlı sevgililər günü statusları: Kim sevir, kim sevmir?



14 fevral dünyada sevgililər günü kimi qeyd olunur. Sosial şəbəkələrdə də bu günlə bağlı müxtəlif şərhlər, statuslar paylaşılır.

Cebhe.info 14 fevralla bağlı maraqlı statusları təqdim edir:

“Bakı Metropoliteni" QSC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev: “Baxıram hamı sevgililər günü ilə bağlı maraqlı (?) statuslar yazır. Ay biz sevgili deyilik, bizə hər gün sevgililər günüdür, səni tanıdığım gündən hər gün sevgililər günüdür, sevginin günü olmur, mən hər gün uşağa pampers taxmaqla sevgimi göstərirəm, “mişkam”, “krakadilim” filan. Bu nə “burcutmaqdır”? Ən kreativini özüm etmişəm. Dünən çıxdım Bakıdan, bir də sabah qayıdacağam”.

“Cümhuriyət” qəzetinin əməkdaşı Yeganə Quliyeva: “Sevgililər günü də nə?! Önəmli olan 9 890 712 nəfərin içində yalnız qala bilməkdir. Bu bacarıq üçün hədiyə vermək istəyən varsa, qəbul edilir”.

Facebook istifadəçisi Aqşin Abdulla: “Təsəvvür elə ki, qapı döyülür və sən qapıdan baxanda böyük gül buketi görürsən, uçursan və qapını açanda görürsən ki, qardaş səhv gəlib”

Pediatr Vaqif Qarayev: “Yurdumun kişiləri xanımlara qarşı çox həssas imiş... Ola bilər, hamı səmimi sevgi göstərir. Əgər belədirsə, qız uşaqlarını niyə abort etdirirsiniz? Qız dünyaya gətirdiyinə görə niyə cəhənnəm əzabı yaşadırsınız... qadına, xanıma? P.S. Bir təhər yola verin bu günü...bu status 8 Marta da aiddir...”

Elçin Həsənov adlı Facebook istifadəçisi: “Sevgi xəngəldəki sarımsaq-qatıq kimidir. Yesən bir dərd, yeməsən ayrı dərd. Yesən, xoşbəxt olacaqsan, amma hamıdan uzaq gəzməlisən. Yeməsən də fikrin qalacaq”.

İlahə Muradova adlı Facebook istifadəçisi: “Görüm bu 14 fevral keçəndən sonra nə paylaşımlar olacaq? Ondan sonra da 8 Mart üçün hamı başlayacaq yazmağa. Sosial şəbəkələrdə 8 rəqəmi başlayacaq gözə girməyə”.

Elnarə Əliyeva adlı Facebook istifadəçisi: “Nə yaxşı sevgilim yoxdur. Yoxsa onun əsəbini çəkərdim. Qısqanclıqları, qadağaları, qayda-qanunları bezdirərdi məni. Hər gün diqqət, qayğı istəyərdi. Allahım yaxşı ki, mənə bu hisləri yaşarmırsan, bu misraları yazıram... Üsyan...”

“Bakupost” saytının redaktoru Nigar Etibar: Sevgililər günü münasibətilə yuxudan tez durmuşam. Xarici filmlərdəki kimi pəncərəni açıb hava almaq istədim. Gördüm düz pəncərənin altında bir ədəd “Qalenvagen” dayanıb. Şarla -filan bəzənib. Dedim, Allahım, nəhayət bütün yaxşı əməllərimin qarşılığını verdin. Ürəyimdə də fikirləşirəm ki, ay insafsız, mən buna benzini necə çatdıracağam, nə geyinib buna oturacağam. Bir də gördüm qarşıdakı villadan bir qız çıxdı, mindi, getdilər. Ay görməmiş, bunu bir az o yanda saxla da...

Vilayət Muxtar

Cebbhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений