Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ənənəvi müxalifətin “biznes savaşı” – “İndi bir-biri ilə vuruşurlar”



"Artıq ənəvi müxalifət hakimiyyət sevdasından əl çəkib indi də mühacirət biznesinə göz dikiblər".

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev deyib.

E.Mehtiyev hesab edir ki, artıq ənənəvi müxalifət siyasi arenada bitib:

"İllərdir heç bir siyasi uğur qazanmayan ənənəvi müxalifət artıq bunu özləri də qəbul edib. Xüsusilə sosial şəbəkə üzərindən bir-birinə qarşı ağır ittihamlar səsləndirirlər. Məlumdur ki, burada məqsəd mühacir biznesini öz nəzarətlərində saxlamaqdır. Ənənəvi müxalifətin belə mübarizələrini tez-tez şahidi oluruq. Son dövrlər ənənəvi "liderlər" haqqında vaxtilə onların yanında olan şəxslərin müxtəlif aşağlayıcı fikirlər səsləndirməsi də bu kontekstdə şəxsi maraqlara xidmət edir".

Partiya funksioneri əlavə edib ki, bu cür fəaliyyət ənənəvi müxalifətin imicini daha da zədələyir. E.Mehtiyevin sözlərinə gör,ə bu birbaşa olaraq siyasi proseslərin zərərinə işləyən faktordur.

Vilayət Muxtar
Cebhe.info

 

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений