Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ənənəvi müxalifətin “söyüş maşını”: Niyə fəallaşıb?



11 aprel növbədənkənar prezident seçkiləri ilə əlaqədar siyasi səhnədə aktivlik müşahidə olunur. Xaricdə yaşayan azərbaycanlılar da seçkiöncəsi kifayət qədər aktivləşiblər. Siyasi müxalifət seçkidə iştirak etmək, nəticə əldə etmək üçün çalışır, xaricdə yaşayan bir qrup adam isə siyasi rəqibə qarşı “söyüş taktikası”ndan istifadə edir. Maraqlıdır ki, söyüşün hədəfi hakimiyyət və seçkidə iştirak edən müxalifət nümayəndələridir. Daha çox müxalifət təmsilçilərini söyürlər.

Təbii ki, söhbət ənənəvi müxalifət təmsilçilərindən getmir. Çünki onların da fəaliyyəti söyüş çevrəsindən kənara çıxmır. Seçkidə iştirakdan imtina edən ənənəvi müxalifət bununla prosesdən kənarda qaldı. Əslində onlar özləri də bilirlər ki, seçkidə iştirak edib-etməmək onların adına heç bir dəyişiklik etməyəcək. 2013-cü il seçkiləri bunu bir daha əyani şəkildə sübut etdi.

Əsas hədəf seçkidə iştirakla bağlı qərar verən real, sivil müxalifətdir. Təbii ki, bu fəallaşma dövlət və dövlətçilik adına deyil. Xaricdə məskunlaşmış və söyüşü, təhqiri özünə peşə seçənlərlə bağlı məsələ əslində aydındır. Saxta mühacir qiyafəsinə bürünərək Avropada oturum almaq üçün ən asan yol budur. Onlar da bu yoldan istifadə edirlər. Digər tərəfdən isə bu fəallığın arxasında pul məsələsi özünü açıq şəkildə göstərir. Daha çox gəlir əldə etmək üçün bu cür yollardan istifadə edib mənşəyi bilinməyən təşkilatlara xidmət edirlər. Kim pul verirsə, hava da onundur, rəqs də, sadəcə, rəqs edən “bizim siyasi mühacirlərdir”. seçirlər.

Xatırladaq ki, bir müddət öncə xaricdə yaşayan azərbaycanlıların deportasiya ilə bağlı məsələləri gündəmə gəlmişdi. Almaniya hökumətinin saxta mühacirlərə qarşı ciddi araşdırmalara başladığı haqqında məlumatlar onların kürkünə birə salmışdı. Həmin ərəfədə də eyni qaydada radikal çıxışlarla özlərini siyasi mühacir kimi təqdim etməyə çalışanlar indi də seçki fürsətindən yararlanmağa cəhd edirlər. Azərbaycanda yaşayan “söyüş maşınları” isə xaricdə daha rahat oturum almaq üçün bu yolu seçiblər. Bu yolu seçmək üçün onlara kimlərin məsləhət verdiyini tapmaq isə heç də çətin deyil. Azərbaycanda mühacir biznesinə kimlərin nəzarət etdiyi artıq hər kəsə məlumdur. Dəfələrlə bu məsələ haqqında mətbuatda təkzib olunmayan faktlar işıqlandırılıb.

Bunların əlinə fürsət verən əsas məqam isə ənənəvi müxalifətin seçkidə iştirak etməkdən imtinası, real müxalifət isə seçkiyə qatılmasıdır. Özünü ənənəvi müxalifət “təəssübkeşi” kimi göstərmək istəyənlər söyüş hədəflərini hakimiyyətə və seçkidə iştirak edən müxalifətə yönləndirir. Çünki təkcə hakimiyyəti söymək effekt vermir. Bu ənənəvi müxalifətin maraqları çərçivəsində deyil. Ənənəvi müxalifət yenidən siyasi səhnəni zəbt etmək üçün real müxalifəti sıradan çıxarmalıdır. Bu nə qədər mümkünsüz görünsə də, ənənəvilər fürsət düşdükcə buna cəhd edirlər. Seçki ərəfəsində isə bunu söyüş maşınlarını işə salmaqla həyata keçirməyə çalışırlar. Xalq isə real müxalifəti deyil, ənənəvi müxalifəti siyasi səhnədə görmək istəmir. Bunu onların tədbirlərinə gələn tərəfdarlarının sayından da açıq şəkildə görmək mümkündür. Əslində 2018-ci il seçkisi ənənəvi müxalifət üçün siyasi səhnədə qalmağın son şansı kimi qiymətləndirilirdi. Ancaq görünən odur ki, ənənəvi müxalifət liderləri xaricdən gözlədikləri dəstəyi ala bilməyib. Ya onlara seçkiyə get deyən olmayıb, ya da yeni layihələrdə, xüsusən, o layihələrdə ki, onların əsas qayəsi maliyyədir, onlara yer yoxdur.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений