Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ərdoğan Abdullah Gülə xüsusi dəvət göndərdi: Onları isə çağırmadı - SİYAHI



Türkiyədəki hakim AKP-nin 100 min nəfərlik konqresi üçün artıq hazırlıq işləri tamamlanır.

Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, konqresdə iştirakla bağlı Abdullah Gülə xüsusi kuryerlə dəvətnamə göndərilib. Prezident Ərdoğanın "Partiyaya arxasını çevirən" dediyi şəxslərin heç biri tədbirə çağırılmayıb. Bu günə qədər partiyada müxtəlif vəzifələrdə olmuş digər şəxslərə də dəvət göndərilib. Ancaq partiyadan istefa verən şəxslərin heç biri dəvət olunmayıb. 

Ankara Arena İdman Salonunda keçiriləcək konqresə dəvət edilməyənlər arasında Əbdüllətif Çener, İdris Naim Şahin, Ərtorğul Yalçınbayır də var. Bülənt Arınc da başda olmaqla bir çox şəxsə dəvətnamə göndərən AKP rəhbərliyi Abdullah Gülün dəvətnaməsini xüsusi kuryerlə çatdırıb. Keçmiş baş nazir Əhməd Davudoğluna da xüsusi dəvət göndərilməyib. O, hələ də millət vəkili olduğuna görə nümayəndə heyətinin tərkibində xüsusi kartla tədbirə qatılacaq.

Xəzər
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений