Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ərdoğan cəhd edir, Putin razı olmur - Politoloq



“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də Rusiyaya səfəri çərçivəsində həmkarı Vladimir Putinlə Qarabağ münaqişəsinin xüsusi müzakirəsi gözlənilir. Qeyd edim ki, bu görüş Türkiyə-Rusiya əlaqələrinin siyasi-iqtisadi spektrlərinə həsr olunacaq. Əsasən "Türk Axını" qaz kəmərinin tikintisi, Rusiya ilə hərbi-texniki əməkdaşlıq və Suriyadakı vəziyyət, Qərb-Türkiyə əlaqələri fonunda Rusiya ilə bundan sonrakı münasibətlərin perspektivləri əsas müzakirə predmeti təşkil edəcək. Bu görüşdə iki ölkə arasında yeni müqavilələrin də bağlanılması gözlənilir”.  

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

M.Əsədullazadə hesab edir ki, Rusiya Qarabağ münaqişəsinin həllini istəmir: “Azərbaycanın diqqətlə gözlədiyi Dağlıq Qarabağ konfliktinin Ərdoğanın Putinlə müzakirə edəcəyidir. Qeyd edək ki, Ərdoğan bir neçə dəfə Putinlə münaqişənin həlli istiqamətində danışıqlar aparıb. Bundan əlavə regionda böyük geosiyasi və geoiqtisadi dəyişikliklər baş verdiyi üçün yenidən Ankaranın Moskva ilə münaqişənin həllini müzakirə etməsinə ehtiyac yaranıb. Çünki, Türkiyə Minsk qrupunun üzvüdür və problemin həllinə töhfə vermək üçün yaxından iştirakı qanunauyğundur. Hazırda Türkiyə və Rusiya Yaxın Şərqdə baş verən siyasi şərtlər daxilində müəyyən dərəcədə siyasi ortaq məxrəcə gəlib. İqtisadi əməkdaşlığın inkişafı iki ölkə üçün strateji tərəfdaşlığa qədər yüksəlib.

İki ölkə arasında hazırkı münasibətlər yüksək səviyyədə olsa da, bu Ərdoğan və Putinin şəxsi xarakterlərinin Qərbə baxışından irəli gəlib. İki ölkə daimi siyasi rəqib olub, xüsusilə, Türkiyə NATO üzvüdür və Qərblə strateji müttəfiqdir. Qərblə Türkiyə arasında siyasi konforantasiya müvəqqəti xarakter daşıyır. Bundan irəli gələrək, Ankara və Moskvanın Qarabağ problemini həll etmək qədər yaxın olması, xüsusilə, Rusiya tərəfindən mümkün görünmür. Ərdoğanın qeyd etdiyi kimi "Putin istərsə, münaqişə həll edilə bilər" tezisi Moskva səfəri öncəsi, Kremlə mesaj idi. Amma Kreml konfliktin həllini istəyirmi, əlbəttə ki, xeyr. Putin indiki şərtlər daxilində status-kvonu qorunmasına çalışır”. 

Ekspertin sözlərinə görə Rusiya heç bir halda mövqeyindən geri çəkilməyəcək: “Ərdoğanla danışıqlar prosesində müəyyən həll variantları müzakirə ediləcək. Ortada olan "Lavrov planından" kənar, Rusiya heç bir həll planına uyğun addım atmayacaq. Çünki, Ərdoğanla Putinin münaqişəyə baxışında ciddi fərq var. Ərdoğan mərhələli, Putin isə "paket həllini" irəli sürür. Hazırda Münaqişənin həllində əsas maneə Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsi, Laçın və Kəlbəcərin Azərbaycana verilməməsi, həmçinin Qarabağa yekun statusda referendumun keçirilməsidir. Putinin bu planından geri çəkilməsi mümkün görünmür. Ərdoğan-Putin görüşü Qarabağ danışıqlarında dinamikliyi artırsa da, konfliktin həllinə real imkanlar yaransa da, Putin hələ ki, gözləmə mövqeyində olacaq. Gələn il də münaqişəsinin həllində irəliləyiş gözlənilmir”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений