Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərdoğan Çilləri siyasətə qaytarır-Akşenerə qarşı-Politoloq



İyunun 24-də  Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı  təşviqat kampaniyası davam edir.

Hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın ötən gün İstanbulda baş tutan mitinqində təxminən 650 min iştirakçı qatılıb. Ancaq mitinqdə diqqət çəkən əsas məqam keçmiş baş nazir Tansu Çillərin Ərdoğanın mitinqə gəlməsi olub. Siyasi şərhçilər bunu Çillərin AKP-yə dəstəyi kimi dəyərləndirsə də, digər bir kəsim Ərdoğanın xanım siyasətçidən istifadə etdiyi qənaətindədir. İddia olunur ki, Ərdoğan Tansu Çilləri seçkilərdə ona rəqib olan Meral Akşenərin qarşısına çıxarmağa hazırlaşır. Maraqlıdır, Çillər niyə uzun illərdən sonra siyasi arenaya döndü və məhz Ərdoğana dəstək verdi?

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Ərdoğan İncə və Akşenərə qarşı “Çillər kartı”ndan istifadə edir:

“Seçkilər yaxınlaşdıqca namizədlər arasında ciddi rəqabət yaşanır. Mitinq meydanlarında iqtidarla müxalifət bir-birlərinə qarşı ittiham irəli sürməklə, bir növ ölkədə seçkilərin çətin keçəcəyinə işarə vurur. Qeyd edim ki, 15 ildir hakmiyyətdə olan Ərdoğan bu illər ərzində bu qədər çətin sınaqla və mübarizə ilə qarşılaşmayıb. Türkiyəyə qarşı xarici təzyiqlər, iqtisadi krizisin hökm sürməsi, lirənin dollar qarşılığında dəyər itirməsi Ərdoğan rəqiblərinin əsas tənqid atəşi ilə üzləşib. CHP-İyi Partiya birliyi, AKP-nin MHP ilə qurduğu “Cümhur İttifaqı” ilə siyasi qarşıdurma vəziyyətindədir.

CHP -nin namizədi Muharrem İncə və İyi Partiyanın sədri Meral Akşener elektorata təsir edir,  Ərdoğanın mövqelərini xeyli zəiflədirlər. Artıq seçkilərin ikinci turundan danışılır. Göründüyü kimi Akşener- İncə tandemi Ərdoğanı yormaqdadır. Qeyd edim ki, belə gərgin situasiyada  Ərdoğana dəstək lazımdır. İstanbul mitinqində sabiq baş nazir Tansu Çillərin Ərdoğanın mitinqinə qarışması təbii ki, AKP ilə danışıqların nəticəsidir.

Tansu Çillər nə qədər desə də “milli şüur üçün burdayam”, amma Ərdoğanın istəyi ilə orda idi. Ərdoğan seçkilər yaxınlaşdıqca bir neçə oyuna gedə bilər. Tansu Çillərin dəstəyinə qazanmaqla xalqa göstərmək istəyir ki, keçmiş baş nazir də bunu dəstəkləyir. Tansu Çillər xalqın içində hörmət olunan və bir qədər nüfuzlu siyasətçidir. Bu həlledici faktor olmasa da Ərdoğanın indiki məqamda ən zəif siyasətçinin dəstəyinə ehtiyacı olduğu görünür. Təbii ki, bir siyasi çıxıb, Ərdoğanın siyasətini dəstəkləsin. AKP-nin siyasi mövqeyi və dayaqları xeyli zəifləyib. Amma buna baxmayaraq, Ərdoğanın az faiz səslə prezident seçilmək şansını özündə saxlayır. Müxalifət sükanı belə saxlayarsa, AKP sonuna yaxınlaşa bilərlər. Təbii ki, bu gələcək dönəmlərdə özünü göstərəcək”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə hər iki siyasətçinin bir-birindən istifadə etdiyini deyib:

“Əslində hər ikisi bir-birindən istifadə edir. Tansu Çillər kimi fiaskoya uğramış, illərdir aktiv siyasi arenada olmayan birindən istifadə etmək, dəstək almaq göstərdi ki, Ərdoğan Muharrem İncenin qarşısında tab gətirə bilmir və məğlub olma ehtimalını qəbul edir. Baxmayaraq ki, çıxışlarında özünü qələbəyə arxayın göstərir. Tansu Çiller də həmçinin fiaskoya doğru gedən, amma hələ də Türkiyədə kifayət qədər tərəfdarı olan Tayyib Ərdoğanın yanında olmaq qərarı verməsi, gündəmə gəlmək, yenidən siyasi arenaya dönmək məqsədi daşıyır. Çillərin AKP-yə keçəcəyi gözlənilən deyil.

Əlbəttə ki, MHP-ni, Tansu Çilleri yanına almaqla Ərdoğan yüksək ehtimalla bu seçkilərdə qalib gələcək. Həmçinin müəyyən kəsim var ki, onlar Ərdoğanın dəyişməz, sadiq tərəfdarları, hətta fanatlarıdırlar. Lakin yenə də yüksək ehtimalla bu Ərdoğanın son qələbəsi olacaq. Hətta inanıram ki, AKP-nin bu dəfəki iqtidarı erkən seçkilərlə bitəcək. Türkiyə elə bir ölkədir ki, artıq insanlar siyasətdə yeni nəfəs, yeni sima istəyirlər. Ehtimal ki, istədiklərinə də nail olacaqlar”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений