Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərdoğan səs verib



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ailəsi ilə birlikdə İstanbuldakı səsvermə məntəqəsinə gəlib.

Musavat.com-un məlumatına görə, Üsküdar rayonunda yerləşən Saffet Çebi məktəbinə gələn Ərdoğan onu məktəb qarşısında gözləyən vətəndaşları salamlayıb, daha sonra seçki məntəqəsinin üzvləri ilə salamlaşıb. Prezident Ərdoğan seçki bülletenini nəvələri ilə birlikdə səsvermə qutusuna atıb.

Jurnalistlərə açıqlama verən Ərdoğan seçkinin nəticələrinin bir qismini İstanbulda, bir qismini isə Ankarada izləyəcəyini deyib: “Bu ana qədər 50 faizdən çox seçicinin səs verdiyini öyrəndim. Seçki aktivliyi yüksəkdir. Türkiyə demokratik inqilab həyata keçirir. Türkiyə üçün xeyirli olmasını diləyirəm”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений