Ərdoğan Stoltenberqlə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Yens Stoltenberqlə görüşüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanasındakı mənbə bildirib.
Məlumata görə, Türkiyənin dövlət başçısı və NATO baş katibi Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.
Tərəflərin görüşündə habelə Türkiyə ilə Şimali Atlantika Alyansı arasındakı münasibətlər diqqət mərkəzində olub.
Cebhe.info