Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərdoğan Türkiyə Ordusunun İraqın Sincar bölgəsində əməliyyat keçirəcəyini istisna etməyib



"Afrində asayiş və dinclik təmin olunana qədər orada fəaliyyətimizi davam edəcək".

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə Hatay və Kilisə raketlərin atılması səbəbindən Afrinə girəcəyini deyib və girib: “Hər an qəfil gələrik dedik. Gəldik və bu vəziyyətə kimi gətirdik. Bu günə kimi 3622 terrorçu zərərsizləşdirilib. Dünən səhər sonuncu əməliyyat yerinə yetirildi. Hazırda Azad Suriya Ordusu bizim əsgərlərlə birlikdə əldəqayırma bomba və terrorçuların axtarışını həyata keçirir. Əmin olduğumuz ana qədər bu proses davam edəcək.

Oranın xalqı oraya sakit şəkildə girəcək və girməyə başlayıb. Söhbət 500 minlik əhalisi olan yerdən gedir. Bunun davamı var. Onlar da həll olacaq. Bizim dərdimiz işğal deyil. Dərdimiz terrorçulara qarşı təmizlik həyata keçirmək və onların ölkəmizə təhdidinin qarşısını almaqdır”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений