Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərdoğanın çalışma masasındakı kitab diqqət çəkdi



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çalışma masasındakı " Osmanlı Sənədlərində Fələstin " kitabı diqqət çəkib. Bu kitab 2009-cu ildə Dövlət Arxivləri Ümumi müdirliyi tərəfindən nəşr olunub.

Rəcəb Tayyib Ərdoğan yerli medianın "İlin fotoşəkilləri" səsverməsinə qatılaraq səs verdiyi görüntülər mediada yayımlanıb.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, “Osmanlı Sənədlərində Fələstin” kitabı Ərdoğanın iş otağında əlinin altında yer alıb.

Kitabın içindəki sənədlər - Baş nazirlik Osmanlı Arxivində yer alan milyonlarca sənəd arasından seçilmiş və mövzularına uyğun olaraq 8 ayrı başlıq altında təsnif edilib. Birinci fəsildə "İdarəetmə məsələləri" adı altında 9 sənəd tərcümə olunub təqdim edilib. Kitabda "Sağlamlıq", "İctimai Sifariş" və "Yenidənqurma"dan sonra "Yəhudilərin Fələstinədə Məskunlaşması" sənədləri verilib. Kitaba ümumilikdə 39 sənəd daxil olunub. Kim yəhudilərin Fələstinə yerləşməsinə qarşı çıxmış, kim bunu fürsətə çevirmiş – hamısı sənədlərlə çox detallı şəkildə ortaya qoyulub.

“Osmanlı Sənədlərində Fələstin” adlı kitabda çox qiymətli sənədlər təqdim edir. Kitabın girişində aşağıdakı məlumatlara yer verilib:

"Bu işdə Fələstinin Osmanlı idarəsində olduğu zaman kəsiyində bölgəyə gətirilən sosial və inzibati xidmətlərin və təhlükəsizliyi ən yüksək səviyyədə təmin etmək üçün hərbi tədbirlər nümunələri seçilib verilib. Seçilmiş sənəd nümunələrində görüldüyü kimi, Osmanlı imperiyası, əsasən Qüdsü və onun ətrafını sülh və sabitliklə idarə etmək məqsədi daşıyır. Bu kitabda Osmanlı dövlətinin indiki Fələstin torpaqlarının inzibati məsələləri, sağlamlıq, sülh və nizam, yəhudilərin Fələstində məskunlaşması, təhsil və ictimai həyat, əhalinin dini azadlıqları və mədəni irsin qorunması bölmələri olmaqla, ümumilikdə 197 sənəd, 4 xəritə, 79 şəkil, 2 oyma və 1 plan yer alır”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений