Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Anomal istilər davam edəcək? - Nazirlik yayın dəhşətli istilərini ANONS ETDİ



“İyul ayının əvvəlində biz rekord göstəriciləri qeyd etdik və geniş məlumat verdik”.

Bu barədə Cebhe.info-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva məlumat verib.

O bildirib ki, bugünkü müşahidə olunan anomal isti hava şəraiti ayın 13-dək davam edəcək:

“İyun ayının əvvəlində qeyd edilən hava dalğaları ilə müqayisədə bu istilər elə də davamlı deyil. Həm də temperatur dərəcəsinə görə 1 neçə dərəcə aşağı olacaq.

Bu gün və sabah anomal isti gözlənilir. Ayın 13-dən başlayaraq hava bir qədər Şimal küləyinin təsiri ilə sərinləşəcək. 

Ümumiyyətlə, iyul və avqust aylarında yaya fəslində ən yüksək temperaturlar müşahidə olunub. Və son illərin tendensiyası da bunu göstərir ki, normadan yüksək olan günlərin sayı artır. Xüsusən də biz müqayisəli olaraq 1961-1991-ci illərin məlumatları ilə təhlil aparırıq. İsti günlərin sayı həmin dövrdə olan günlərin sayı ilə artıb”.

U.Tağıyeva əlavə olaraq qeyd edib ki, ən isti dövrlər iyul, avqust ayına təsadüf edir:

“Yenə də isti dövrlər müşahidə olunacaq. Bu Azərbaycanın iqlimi üçün artıq tez-tez müşahidə olunan haldır”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений