Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Erməni gənclər ayağa qalxdı: Parlamentə giriş bağlandı



Ermənistan parlamentinin önündə tələbələrin etiraz aksiyası başlayıb.

Axar.az xəbər verir ki, tələbələr parlamentdən az öncə hərbi xidmətdən möhlət hüququnun verilməməsi barədə qanunun ləğv edilməsini tələb edirlər.

Etirazçılar qarşısında çıxış edən “Elmin inkişafı naminə” hərəkatının üzvü Vaqan Kostanyan parlamentin tələbələrin etiraz səsini eşitmədiyini bildirib:

“Parlament bizim səsimizi eşitmir. Buna görə də biz parlament binası qarşısında səssiz aksiyaya başlayırıq. Biz təslim olmayacağıq”.

Bundan sonra tələbələr parlamentə avtomobillərin girişini təmin edən yolu bağlayıblar.

Qeyd edək ki, az öncə Ermənistan parlamenti ikinci oxunuşda hərbi xidmətdən möhlət hüququnun verilməməsi barədə qanunu qəbul edib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений