Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Erməni nazirdən sabiq prezidentə ultimatum: "Qanunlara tabe ol, ittihamlara cavab ver"



Ukrayna daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırıb.
 
Bu barədə o, özünün "Twitter” səhifəsində yazıb.
 
A. Avakov bildirib ki, istənilən münaqişə yalnız qanuni yolla həll olunmalıdır:

"Saakaşvili qanunun tələblərinə tabe olmalı, hüquqi prosedurdan keçməli, ittihamlara cavab verməlidir. O, qan tökülməsinə və toqquşmaya səbəb olmamalıdır. Məhkəmənin qərarı olmadan baş verənlər həll olunmayacaq”.
 
Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, lakin sonra tərəfdarlarının köməyi ilə azad edilən M. Saakaşvili kiyevliləri Maydana toplaşmağa çağırıb/APA.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений