Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Erməni politoloq Naxçıvandan danışdı: "Müharibəyə də başlayacağıq”



Naxçıvanın “erməni torpağı” olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanaraq, beynəlxalq təşkilatlara paylanılacaq. 

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, bu sözləri erməni politoloq Levon Şirinyan deyib. 

O, bildirib ki, Ermənistan bu il Naxçıvan məsələsini bağlayacaq. 

Politoloq fikirlərini belə izah edib: 

"Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib. Birincisi, siyasi-hüquqi mənada, ikincisi də digər astpektlərdən. Naxçıvanın “erməni torpağı” olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq”.

Qeyd edək ki, bir müddət əvvəl ordumuz Naxçıvan istiqamətində Günnüt kəndi istiqamətində yerləşən mövqeləri azad etməklə yanaşı, digər istiqamətdə də (Ermənistanın Vayots Dzor vilayətinin Arpa kəndi istiqamətində) öz mövqelərini möhkəmləndirib. Azərbaycanın bu uğurunu həzm edə bilməyən erməni tərəfi bundan sonra Azərbaycan əleyhinə sərsəm bəyanatlar səsləndirməyə başlayıb. 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений