Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Erməni prezident etirazların səbəbini açıqladı: “Gələcəyə ümidsizlik, sosial çətinliklər...”



"Ermənistanda xalqın etirazına səbəb gələcəyə olan ümidsizlik və sosial çətinliklər idi".

Cebhe.info xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarksiyan bəyan edib.

Baş nazir Serj Sarkisyanın istefasına səbəb olan etiraz aksiyalarını dəyərləndirən prezident qeyd edib ki, istefa qarşıdurmadan çəkinmək üçün çıxış yolu olub.

Cebhe.info xatırladır ki, İrəvanda kütləvi aksiyalar 13 apreldən start götürmüşdü və aprelin 23-də Sarkisyanın istefası ilə nəticələnib. Ermənistan 2017-ci il dekabrında prezident üsul-idarəsindən parlamentli respublikaya keçid edib. Konstitusiya dəyişikliyinə seçicilərin 64 faizə yaxını səs verib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений