Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənilər bayram edir: “Azadlıq” meydanında Sarkisyan yola salındı 



İstefaya getdiyini açıqlayan Serj Sarkisyanın səlahiyyətləri Karen Karapetyana keçib.

Cebhe.info xəbər verir ki, baş nazir Serj Sarkisyan 11 gün davam edən kütləvi etiraz aksiyalarından sonra istefa verib. 

Xatırladaq ki, İrəvan başda olmaqla Ermənistan əhalisinin əksər hissəsi Serj Sarkisyanın baş nazir seçilməklə üçüncü müddətə hakimiyyəti əlində saxlamaq cəhdinə etiraz edirdi. 

Müxalifət 20 gün ərzində növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Ermənistan mediası baş nazirin birinci müavini Karen Karapetyanın hökumətin rəhbəri səlahiyyətlərini müvəqqəti olaraq icra etdiyinə dair məlumat yayıb. Lakin bu barədə Milli Məclis hələlik qərar çıxartmayıb. 10 minlərlə insan İrəvanın “Azadlıq” meydanına çıxaraq Serj sarkisyanın istefasını bayram edir. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений