Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənilər indi də İrəvan meriyasını tutdu: Merin kabineti qarşısında BUDAQLI AKSİYA



Ermənistan paytaxtı İrəvanda şəhər merinin istefasını tələb edən aksiyaçılar artıq şəhər administrasiyasının binasına daxil olub.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, aksiyaçılar mer Taron Marqaryanın istefasını tələb edir.

Onlar şəhərin mərkəzi parkında ağacların kəsilməsinə məhz merin göstəriş verdiyini deyir. Aksiyaçılar əvvəlcə kəsilən ağac budaqları ilə meriyanın qarşısına gəlib və daha sonra binaya daxil olublar.

Merin müavini David Oqanyan bütün etirazçıları iclas zalına dəvət edib və onların suallarını cavablandıracağını deyib. Bir neçə dəqiqə davam edən görüşdə aksiyaçıları razı salmaq mümkün olmayıb. Onlar binanın 3-cü mərtəbəsində merin kabinetinin qarşısında aksiyanı davam etdirmək qərarı verib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений