Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənilər Moskvanı danışıqlardan kənarda qoyur



“Ermənistan rəhbərliyi atəşkəsin qorunmasında maraqlıdır və onların danışıqlara getməyi bununla bağlıdır. Çünki, baş nazir Nikol Paşinyanın danışıqlar üçün irəli sürdüyü şərtlər tamamilə  həll formullarına zərbə vururdu”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O, vurğulayıb ki, Azərbaycanın müəyyən təzyiqlərindən yayınmaq və daxildə bu təzyiqlərdən irəli gələn uğursuzluğun qarşısını almaq üçün heç bir şərt irəli sürmədən Brüsseldə danışıqlara qatıldı. Çünki, yeni erməni hakimiyyətinin bir istəyi var-atəşkəs maksimum qorunsun:

“Ermənistan xarici işlər naziri Mnatsakanyan atəşkəsin qorunmasını dəfələrlə dilə gətirib. Brüssel görüşündə də bunun üzərində dayanıb. Çünki, Azərbaycanın təzyiqləri ermənilərin itkilərini artırır, bu da Paşinyana daxili siyasətdə zərbə vurur. Qeyd edim ki, Ermənistan rəhbərliyi növbədənkənar parlament seçkilərinə qədər atəşkəsi qorumağı istəyir və təzyiqlərdən yayınmaq üçün danışıqlarda maraqlıdır. Bundan əlavə artıq, Paşinyan hakimiyyəti Moskvadan kənar danışıqların aparılmasında maraqlıdır. Danışıqlar Moskvanın iradəsi ilə həyata keçərsə, İrəvan Moskvadan qurtula bilməyəcək. Növbəti aylarda biz İrəvan -Moskva siyasi qarşıdurmasının şahidi olacağıq”.

Politoloqun fikrincə, Azərbaycan Moskva ilə bu istiqamətdə təmasları artırmalıdır ki, İrəvana hərbi təzyiqlər fonunda Kremlin mümkün neytrallağına nail olsun: “XİN rəhbərlərinin Brüssel görüşündən müsbət irəliləyiş gözləmək əbəsdi. Hazırda təmas xəttində işğalçı ölkə müdafiəni gücləndirməklə yanaşı, video müşahidə sistemləri qurur. Bu, o deməkdir ki, rəsmi İrəvan kompromisə hazırlaşmır və danışıqları atəşkəsi qorumaq üçün aparır.

Həmçinin Azərbaycan xarici işlər naziri və Ermənistan XİN rəhbərinin Brüssel görüşü, ilkin tanışlıq və mövqelərin öyrənilməsi kimi xarakterizə olunmamalıdır. Bu aparılan danışıqların davamı kimi qəbul olunmalı, danışıqlarda konkret nəticəyə gəlmək üçün rəsmi İrəvandan tələb edilməlidir. Ermənistanda sabiq prezident Serj Sarkisyanın tərəfdarlarına -Qarabağ klanına qarşı həbslər və repressiya davam edir. Paşinyan Qarabağ klanından qorunmaq və mümkün təzyiqlərlə qarşılaşmamaq üçün onun danışıqlar müstəvisində kompromisi mümkün deyil”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений