Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistan borc bataqlığında: Adambaşına 2700 dollar



Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan iqtisadi böhran dövrünü yaşayır.Buna səbəb ölkənin işğalçı siyasətinə görə iqtisadi təzyiqlərə məruz qalması, blokada şəraitində yaşamasıdır.Rusiya və İranın dəstəyi nəticəsində ayaqda qalan Ermənistan vizual olaraq müstəqil görünsə də, əslində “ipi” məhz adıçəkilən ölkələrin əlindədir.Azərbaycan və Ermənistanın iqtisadi durumu isə müqayisə olunmayacaq dərəcədədir.Ermənistanın xarici borcu ümumi daxili məhsulun 61 faizini təşkil edir.Azərbaycanda isə bu rəqəm 18.9 faiz təşkil edir.

Ermənistanın ümumi borcu 5 milyard 78 milyon dollar təşkil edir ki, bu da ÜDM-ə nisbətdə 50%-dən yuxarıdır.Bu çox kritik göstəricidir.Azərbaycanın xarici borcu 7 milyarddan yuxarıdır.Ermənistanda isə bu rəqəm 5 milyard dollardan çoxdur.Müvafiq olaraq Azərbaycanın xarici borcu bir nəfər üçün 704 dollar, Ermənistanda isə 2700 dollara bərabərdir.Statistik məlumatlar əslində hər iki ölkənin vəziyyətini açıq şəkildə göstərir.

Ermənistanın valyuta  ehtiyatı 1 milyard 500 milyon dollardan bir qədər çoxdur. Azərbaycanın valyuta ehtiyatları isə bundan dəfələrlə çoxdur.Azərbaycanın 40 milyard dollara yaxın valyuta ehtiyatı var. Bu gün Azərbaycanın pul bazası 8 milyard 686 milyon manatdır.Bu dövriyyədə olan manatın həcmidir.Mərkəzi Bankda olan valyuta ehtiyatları 5 milyard 154 milyon dollardır.Ölkənin əsas ehtiyatlarının saxlanıldığı Dövlət Neft Fondunda isə oktyabrın 1-nə olan məlumata görə 36 milyard 20 milyon dollardır. Yəni, ümumi olaraq ölkədə 41 milyard 174 milyon valyuta ehtiyatı var. Ermənistanın rəsmi borclarından başqa digər öhdəlikləri də var. Məlumdur ki, Ermənistanın bu gün ayaqda qalmasında Rusiya və İran böyük paya sahibdir. Ermənistanın mövcud siyasi rejimi məhz bu iki dövlətin sayəsində müəyyən iqtisadi proseslərdə iştirak edə bilirlər.

Məsələn, Ermənistanın Azad Demokratlar Partiyasının sədri Xaçatur Kokobelyan tert.am saytına  verdiyi müsahibəsində Ermənistanın ağır iqtisadi vəziyyətdə olduğunu və ölkəni fəlakətdən qurtarmaq üçün ən azı 50 faiz iqtisadi artım tələb olunduğunu deyib: “Ötən ilin rəsmi statistik məlumatlarına görə, guya ölkə iqtisadiyyatının müəyyən sahələrində artım olub. Bu “artım” məlumatları geniş tirajlanırdı.Yalançı inkişafla bağlı nə qədər rəqəmlər göstərilsə də, reallıq budur ki, bu rəqəmlər həqiqəti əks etdirmir.Fakt odur ki, Ermənistan ağır iqtisadi vəziyyətdədir və ölkəni fəlakətdən qurtarmaq üçün 3, 4, 5, 6 və ya 7 faiz deyil, ən azı 50 faiz iqtisadi artım tələb olunur.Partiya sədri Ermənistanın 2018-ci ildə borcun 7 milyard 209 milyon dollar olacağının gözlənildiyini deyib.

Göründüyü kimi Ermənistan iqtisadi və siyasi iflasa uğrayıb.İşğalçılıq siyasətini davam etdirəcəyi təqdirdə vəziyyətin daha da kritik hal alacağı qaçılmazdır.Çünki Ermənistan ancaq Azərbaycanın şərtlərini qəbul edərsə, blokadadan çıxmaq imkanına malik olacaq. Əks halda, hər il daha çox borclanmaya gedəcək. Ekspertlər hesab edir ki, Rusiya və İrana tətbiq olunan sanksiyalar səbəbindən adıçəkilən dövlətlərin başı özünə qarışıb və Ermənistanla maraqlanacaq durumda deyillər.Bu baxımdan yaxın gələcəkdə Ermənistanın xarici borcunun ÜDM-nin 100 faizini keçəcəyi daha real görünür.Bu isə Ermənistanın defolt vəziyyətinə gələcəyi deməkdir.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений