Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ermənistan Rusiyaya  sığınır: RƏSMİ ETİRAF



Ermənistan cəbhədə vəziyyət həddindən artıq gərginləşəcəyi təqdirdə hərbi yardım üçün Rusiyaya müraciət edəcək. Bu açıqlamanı Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan verib. Ermənistan-Rusiya birgə raketdən müdafiə sisteminin yaradılması barədə məsələnin parlamentdə müzakirəsi zamanı çıxış edən Zakaryan belə bir bəyanatla çıxış edib. Deputatlar ona “Rusiya Ermənistanın suverenliyini və ərazi bütövlüyünün təminatını üzərinə götürməyə nə qədər hazırdır” sualını veriblər. Müxalifətdən olan “Yelk” (Çıxış) fraksiyasının nümayəndəsi Sasun Mikaelyan bildirib ki, Azərbaycan ordusu Tavuş əyaləti istiqamətindən atəş açanda İrəvanın hərbi-texniki tərəfdaşı susur. 

Müdafiə nazirinin müavini cavabında Ermənistanın hərbi kömək üçün heç vaxt Rusiyaya müraciət etmədiyini deyib: “Biz Tavuş istiqamətində baş verənlərlə bağlı nə Moskvaya, nə KTMT-yə müraciət etməmişik. Buna ehtiyac da yaranmayıb. Bundan başqa, əminəm ki, yaxın dövrdə bu baş verməyəcək. Rusiyaya biz yalnız gərginlik yüksək həddə çatdıqda müraciət edəcəyik”. 

Ermənistan və Rusiya silahlı qüvvələrinin hava hücumundan birgə müdafiəsinin yaradılmasına gəlincə, Zakaryan bildirib ki, bu məsələ Dağlıq Qarabağa deyil, Ermənistanın dövlət sərhədlərinə tətbiq olunacaq. 

Qeyd edək ki, Ermənistan və Rusiya arasında 2009-cu ildə 50 illik müddətinə təhlükəsizlik haqqında qarşılıqlı müqavilə imzalanıb. Həmin sənədə görə, başqa dövlət Ermənistana hərbi müdaxilə edərsə, o zaman Rusiya öz müttəfiqinin müdafiəsini təmin edəcək. 2015-ci ildə imzalanmış birgə müqavilə isə Ermənistanın hava məkanının Rusiya tərəfindən müdafiəsini nəzərdə tutur. 2016-cı il noyabrın 30-da tərəflər arasında imzalanmış saziş əsasında Rusiya Dövlət Duması “Rusiya Federasiyası ilə Ermənistan Respublikası Arasında Birgə Hərbi Birləşmələrin Yaradılmasına Dair” Qanun qəbul edib. Həmin qanuna görə, Ermənistanın dövlət sərhədlərinin qorunmasında Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tabeliyindəki hərbçilər də iştirak edəcək. Həmçinin, Ermənistan silahlı qüvvələri dinc şəraitdə rəsmi bu ölkənin ali baş komandanına, müharibə vəziyyətində isə Cənub Hərbi Dairəsinin tabeliyinə veriləcək. Ermənistanın müharibə vəziyyətində olduğunu nəzərə alsaq, Zakaryan Rusiyadan yardım istəmək məsələsini dilə gətirməklə birgə hərbi birləşmələrin Cənub Hərbi Dairəsinin əmrinə verilməsi üçün ciddi əsas olduğunu Azərbaycana xatırlatmağa çalışır. Ancaq elə erməni deputatların sualları qarşısında o, geri çəkilib və Rusiyaya müraciət etməyə ehtiyac olmadığını deyib. Bununla da müdafiə nazirinin müavini Ermənistanın tutarlı arqumentə malik olmadığlını etiraf edib. Çünki dövlət sərhəddi boyunca atəşkəsi mütəmadi olaraq, Ermənistan tərəfi pozur. Digər tərəfdən, rəsmi İrəvan Kremllə hərbi müttəfiq olmağına baxmayaraq, Rusiyanın Azərbaycanla müharibə etmək niyyətində olmadığını yaxşı bilir. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений