Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistan vətəndaşı Azərbaycana keçmək istədi - Köynəyini ağ bayraq əvəzi istifadə edərək...



Ermənistan vətəndaşı Azərbaycanla sərhədi keçməyə cəhd göstərib.

Mia.az xəbər verir ki, mayın 1-də Ermənistanın Tavuş vilayətinin sərhədyanı Verin Karmiraxpyur kənd sakini, 1975-ci il təvəllüdlü şəxs öz köynəyini ağ bayraq əvəzi istifadə edərək Azərbaycanla sərhədi keçməyə çalışıb.

Erməni əsgərlər onun bu cəhdinin qarşısını alıb. Saxlanılan şəxs Verin Karmiraxpyur kəndində orta məktəbi əla bitirdikdən sonra Rusiyada hərbi məktəbə daxil olub. O, uzun müddət Qazaxıstanda yaşayıb. Ermənistanla yanaşı Qazaxıstan vətəndaşı olan şəxsin iki uşaq atası olduğu bildirilib. O, bir müddət əvvəl kəndə anasının yanına qayıdıb. 12, 13 may tarixlərində isə Qazaxstana uçmağı planlaşdırırmış, lakin hava limanında biletini cıraraq fikrindən daşınıb.

Hazırda faktla bağlı Ermənistanın təhlükəsizlik xidməti və hərbi polis məşğuldur.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений