Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistanda daha bir hakimiyyət dəyişikliyi 



Martın 21-də Ermənistanda  məhkəmə hakimiyyətinin yeni rəhbəri  seçiləcək.  Konstitusiya Məhkəməsinin sədri postuna Hrayr Tovmasyanın  namizədliyi irəli sürülüb.

Cebhe.info xəbər verir ki, onun namizədliyini parlamentin spikeri Aro Babloyan təklif edib.  Beləliklə, 1996-ci ildən Ermənistan Konstitusiya Məhkəməsinə sədrlik edən Qagik Arutunyan həmin vəzifəni tərk edəcək. 

Qeyd edək ki, Hrayr Tovmasyan əvvəllər  Ermənistan parlamentində Dövlət Quruculuğu və Hüquq Məsəslələri  Komissiyasına sədrlik edib.  Martın 2-də Konstitusiya Məhkəməsinə üzv seçilən Tovmasyan hakim Respublika Partiyasından istefa verdiyini bildirib. 

Müşfiq Abdulla 
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений