Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistanda seçki gərginliyi: Aksiyalar nə gətirəcək?



“Erməni xalqı naminə” hərəkatı İrəvanın mərkəzindəki “Azadlıq” meydanında mitinq keçirib.Növbəti aksiya martın 16-a təyin olunub.Baş verən hadisələr göstərir ki, siyasi gərginlik getdikcə yüksəlir. Ermənistanda mitinqlərə start verilməsi bu ölkənin ictimai-siyasi həyatının qaynar olacağına dair proqnozların özünü doğrultduğunu deməyə əsas verir.

Qeyd edək ki, bu dəfəki aksiya Serj Sarkisyanın baş nazir vəzifəsinə gözlənilən təyinatı əleyhinə təşkil edilib.Hərəkat “Erməni dirçəlişi” diaspor təşkilatı ilə birlikdə Strasburq, London, Los-Ancelos, Paris və İrəvanda rejimin əbədiləşdirilməsinə qarşı siyasi məhbusların azad olunması tələbi ilə etiraz aksiyaları keçirir.

Siyasi şərhçi Fikrət Sadıxov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Ermənistanda gərginlik artıq çoxdan davam edir:

“Sosial-iqtisadi problemlərlə üzləşən ölkə indi  gəlib siyasi problemlərə dirənib. Orada fiqur, kreslo dəyişməsi məsələsi Ermənistan cəmiyyətində birmənalı qəbul olunmur.Sarkisyan sadəcə olaraq yerini dəyişir və bütün hakimiyyəti əlində saxlamağa çalışır.Çünki onun Dağlıq Qarabağ və yaxud Ermənistanın inkişafı ilə bağlı bəyanatları sadəcə olaraq, sabun köpüyü kimi partlayır.Ona görə mitinq keçirənlər buna narazılığını bildirir və müəyyən əsasları da var. Çünki bunlar nə ölkədə inkişaf görürlər, nə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş var. Beləliklə də hərbçiləri özgə dövlətin torpaqlarında həlak olur.Bu reallıqdır.Mən düşünürəm ki, gərginlik seçkilərdən sonra da davam edəcək”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений