Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistanı danışıqlara gətirəcək ƏMƏLİYYAT



Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan cəbhəsində uğurlu əməliyyatı düşmən tərəfini əməlli-başlı qorxya salıb. Belə ki, Azərbaycan ordusunun 11 min hektar ərazini nəzarətə götürməsindən sonra Ermənistanda müharibə xofu artıb. Bununla yanaşı, Qarabağ cəbhəsində də atəşkəsi pozan Azərbaycan mövqelərini güllə yağışına tutan erməni hərbi birləşmələrinə də ağır cavab verilib. 

Azərbaycan ordusunun Naxçıvan istiqamətində həyata keçirdiyi “Günnüt əməliyyatı” artıq beynəlxalq mediaya da yol tapıb. “Vahimə” içində olan Ermənistan rəsmiləri və yerli əhali təlaşa düşüb. Bir sözlə, Ermənistan tərəfi bizim mövqelərimizin Naxçıvan ordusunun cənub-şərq istiqamətində irəliləyərək strateji yüksəklikləri ələ keçirməsini həzm edə bilmirlər. Artıq bu vəziyyət Ermənistan daxilində elə görüntü formalaşdırıb ki, bu onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar masasına otura biləcəyi ehtimalı yaradıb. 

Qərbi-Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan xalqın içərisində oz populyarlığını saxlamaq üçün hökuməti quran kimi Azərbaycanın əleyhinə yersiz hədələyəci açıqlamalar yağdırmağa başladı: “Erməni baş nazirinin bu hərəkətləri isə təbii olaraq cavabsız qala bilməzdi. Erməni eskpertləri əvvəllər də belə bu hədələrə Azərbaycan tərəfinin çox sərt cavab verəcəyini demişdi. Həmin zamanlar bəziləri Azərbaycan tərəfinin erməni hökumət başçısının sözlərinə əhəmiyyət verməməsini anlaşılmazlıqla qarşılayırdı. Ancaq son proseslər onu göstərdi ki, Azərbaycan öz gücünü artıq sözdə deyil, əməldə göstərir. Hökumət formalaşan kimi Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnasakyan və yeni müdafiə naziri David Tonoyan Azərbaycanla sərhəd bölgəyə gəldi. 

Oradan isə təxribatları Qarabağda davam etdirəcəkləri təxminən anlaşılırdı. Bir neçə gün sonra isə Azərbaycan prezidenti İlham Əliyev Naxçıvana gedərək yeni N saylı hərbi hissənin açılışında iştirak etdi. Dövlət baçşısı Naxçıvandan qayıtdıqdan bir müddət sonra isə düşmən təxribata başladı. İlk öncə sərhəd aralığında yerləşən neytral zona ələ keçirildi ardınca isə 25 ildir işğalda olan Günnüt kəndi azad edildi. Bununla bərabər Xunut və Ağbulaq dağları da azad olundu, həmçinin ordumuz Qızılqaya dağının və Mehri dağı tutaraq İrəvan-Yeğeqdnazor-Gorus-Laçın-Xankəndi avtomobil yolunu və Dərələyəz mahalının Arpa kəndini də nəzarəti altına aldı. Nəticədə erməni tərəfdən 7 hərbçi öldürüldü, xeyli sayda yaralı oldu.

Ümimilikdə 11 min hektar ərazi ordumuz tərəfindən azad edildi. Bu uğurlar erməni rəhbərliyinə artıq bir dərsdir. Onlar yaxşı anlayırlar ki, Azərbaycan artıq kimin necə gəldi hədələyəcəyi bir dövlət deyil. Artıq Azərbaycan itirdiklərini alacaq bir gücdədir. Hələ bu əməlliyatlar Azərbaycan ordusunun bir bölməsi-Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirildi. Azərbaycanın adi bir korpusu belə erməni ordusu ilə mübarizə aparıb onu diz üstündə çökdürəcək gücdədir”. 

Politoloq qeyd edib ki, bu məsələdə hər zaman ermənilərə dəstək olan Rusiya və bir çox Avropa dövlətlərinin səssiz qalması da diqqətdən yayınmadı: “Aprel əməlliyatları vaxtı tərəfləri sakitliyə çağırıb ermənilərin müdafiəsinə qalxan rəsmi Moskva bu dəfə prosesləri nədənsə sakit izləməyi üstün tutur. Demək ki, Ermənistan Rusiyanın gözündə öz dəyərini itirib. Bundan sonrakı proseslərin davamını artıq ehtimal etmək mümkündür. Ümumiyyətlə, bütün işğal olunmuş bölgələr azad edilməlidir. Yalnız bundan sonra sülh danışıqlarında əməli nəticəyə gəlmək olar. Fikrimcə, “Günnüt əməliyyatı”na oxşar proseslər davam etdirilməlidir. Növbə isə Qazaxın işğal edilmiş kəndlərindədir ki, Azərbaycan tərəfi düşünmədən o əraziləri də çox rahatlıqla nəzarəti altına keçirə bilər”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений